Suraxanı Rayonunda “Dünyanın ən böyük azərbaycanlısı” adlı tədbir keçirilib

Suraxanı Rayonunda “Dünyanın ən böyük azərbaycanlısı” adlı tədbir keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində mayın 16-da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Dünyanın ən böyük azərbaycanlısı” adlı tədbir keçirilib.
Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova və digər qonaqlar iştirak ediblər.  Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin Əmircan qəsəbəsi, Heydər Əliyev parkında abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra məktəblilərin Ümummilli Liderin xatirəsinə həsr etdikləri rəsmlərlə tanış olublar.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Lalə Qəti qonaqları salamlayıb və Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını diqqətə çatdıraraq onun təməlini qoyduğu ölkəmizin inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra mərkəzin üzvlərinin təqdimatında bədii hissə nümayiş olunub. Sonda xatirə şəkilləriçəkilib.