Suraxanı Rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib
Dekabrın 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatların, YAP Suraxanı rayon təşkilatının və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Şəhid ailələri və qazilərin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, ziyalıların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb.
Həmçinin, Şəhidlərimizə Allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə bir daha hörmət və ehtiramını bildirib.
Bayram tədbirində Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər qonaqlar çıxış edərək xoş arzularını və təbriklərini çatdırıblar. Qeyd olunub ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün əhəmiyyətindən danışılaraq bildirilib ki, bu bayram xalqımızın həmrəyliyinin möhkəmlənməsində xüsusi rol oynayır.
Tədbir sevilən incəsənət nümayəndələrinin ifaları ilə davam edib. Respublikanın xalq artisti Teyyub Aslan, əməkdar artistlər Aygün Bəylər, Ağalar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Vüqar Əbilov, sevimli müğənnilər Elvin Əhməd, Məzahir Fikrətoğlu, aşıq Gözəl Kəlbəcərli, gənc ifaçılar Rəvan Hüseynov, Əli Feyzullayev, eləcə də sevilən “İnci” rəqs ansamblı çıxışları ilə hər kəsi feyziyab ediblər.
Tədbirdə rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.