Oktyabrın 26-da Vətən müharibəsi şəhidləri Orucov Səbuhi Vahid oğlu, Manafov Osman Natiq oğlun anım günləri, eləcə də şəhid Həmidov Nəriman Qəzənfər oğlu doğum günü münasibətilə anılıblar. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bəhruz Quliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, 87 və 208 saylı tam orta məktəblərin kollektivi Şəhidin Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında məzarlarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov ölkə başçısı cənab İlham Əliyevin diplomatik görüşlərdə qazandığı uğurlardan, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi tarixi xidmətlərindən söz açıb. Suraxanı rayonunda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.