Suraxanı rayonunda "Balaca Ulduzların İlk Parıltısı" adlı konsert keçirilib
7 mart 2026-cı il tarixdə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə 8 mart- Beynəlxalq Qadınlar Günü”nə həsr olumuş "Balaca Ulduzların İlk Parıltısı" adlı konsert proqramı keçirilib.
Konsertdə məktəbin I sinif şagirdləri müxtəlif musiqi alətlərində ifa etdikləri əsərlərlə öz bacarıqlarını nümayiş etdirib. Balaca ifaçıların səhnədəki çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək şagirdlərin ilk uğurlu səhnə addımlarını yüksək qiymətləndirərək bildirdi ki, böyük inkişaf tarixinə malik Azərbaycan mədəniyyətinin yeni nəsillərə peşakarlıqla ötürülməsi gələcəyə hesablanmış milli strategiyamızın əsas tərkib hissələrindən biridir.