Suraxanı Rayonunda Albert Aqarunovun xatirəsi anıldı

Suraxanı Rayonunda Albert Aqarunovun xatirəsi anıldı

Ziyarətdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, 154 nömrəli tam orta məktəbin kollektivi iştirak edib.

Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 1-ci Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.