Suraxanı rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirələri ehtiramla yad edilib

Suraxanı rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirələri ehtiramla yad edilib
20 yanvar 2023-cü il tarixdə  RİHB-nin müavinləri Rəşad Hacıyev, Könül Axundova, Fuad Cəbrayılov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, digər rəsmi şəxslər, ziyalılar Yeni Suraxanı qəsəbəsində 20 Yanvar faciəsinin şəhidləri Cəbrayıl Xanməmmədovun, Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını və “Vətən şəhidləri” abidə kompleksini ziyarət ediblər.
Diqqətə çatdırılıb ki, bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu Prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır.