Suraxanı rayonunda 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilmişdir

Suraxanı rayonunda 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilmişdir
1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru Nərgiz Əliyeva, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələri Elyanura Məmmədova, Fatimə Kərimli və digər rəsmi şəxslər iştirak etmişlər. Öncə qonaqlar sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri və mərkəzin özü ilə əyani tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktor müavini İlqar Abdulov qonaqları salamlayaraq 1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ətraflı məlumat vermişdir. İlqar Abdulov xüsusi vurğulamışdır ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanları daim genişləndirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan 2 saylı Uşaq Reabilitasiya Mərkəzi də ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfələr verilmişdir.

Daha sonra tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində müalicə alan sağlamlıq imkanları məhdud uşaqların nümunəvi çıxışları ilə davam etmişdir.