Suraxanı rayonunda Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin 55-ci ildönümü münasibətilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində Ulu öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən "14 İyul Xatirə Kompleksi" ziyarət olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri və müavinləri, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.