Suraxanı rayonu 232 nömrəli tam orta məktəbdə 28 May-müstəqillik Günü ilə bağlı hərbi-idman yarışı keçirilib

Suraxanı rayonu 232 nömrəli tam orta məktəbdə 28 May-müstəqillik Günü ilə bağlı hərbi-idman yarışı keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin hərbi rəhbəri Əliyev Təbriz VIII - X - sinif şagirdlərinin iştirakı iştirakı ilə 28 May-müstəqillik Günü ilə bağlı hərbi-idman yarışı keçirildi. Məqsəd şagirdlərdə vətənpərvərlik hisslərin gücləndirməkdir.

Tədbir əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, şəhid Yunis Əliyevin atası Zaur Əliyev və məktəbin şagird-müəllim kollektivi iştirak etmişlər.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirdi ki, məktəblərdə Vətənpərvər tədbirlərin keçirilməsi gənclərin bu ruhda böyüməsinə təkan verəcəkdir.

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin 10 komandası yarışda iştirak edərək 7,8,9,10-cu siniflərarası hərbi-idman oyun keçirildi. Tədbir bayram konserti ilə yekunlaşdı.