Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar
Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin əməkdaşı
Dövlətimizin hər zaman ikitərəfli əlaqələrinə bir daha nəzər salarkən görürük ki, bir çox ölkələrlə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub. Bunun baris nümunəsi olaraq Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma münasibətlərini göstəmək olar. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.“Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Buna görə də biz çox şadıq və əziz dostum Prezident Vuçiçə də bu dostluğa görə təşəkkürümü bildirirəm”, - deyə dövlətimizin başçısı qeyd edib.
Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Cənab prezident qeyd etmişdir ki, Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. İlham Əliyev bəyanatında Serbiyanın eyni zamanda Azərbaycanın öz resurslarına arxalanan ölkələr və müstəqil siyasət aparan ölkələr olduğundan hər iki ölkə arasında bir-biri ilə sıx əlaqə vardır. O bildirib ki, bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var.
İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Cənab prezident hər zaman beynəlxalq hüququn tərəfdarı olduqlarını və ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə biləcəyini söylədi. Ticarət sahəsində hələ ki, istənilən səviyyədə olmasa belə hər iki dövlət arasında olan razılaşmanın icrası nəticəsində ticarət dövriyyəsinin artacağına inandığını bildirib. O, nəqliyyat-logistika sahəsində böyük potensial olduğunu və aidiyyəti qurumlar arasında artıq təmaslar yarandığını bildirib.
Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir və burada da uzlaşma olduğunu görmək olar. Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar olduğunu, müvafiq danışıqlar aparıldığını, Qarşıdakı ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün addımlar atılacağını eyni zamanda Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalandığını bildirib. Cənab prezident bunların yeni imkanlar, yeni üfüqlər açır açacağını və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyimizə əminik söyləyib.
Ölkə prezidenti bəyanatının sonunda ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdurğunu bildirib. Bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olduğunu nəzərə çatdırıb. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar söyləmişdir.