Şəhid Səbuhi Əsədovun doğum günü məzun olduğu 85 nömrəli tam orta məktəbdə ehtiramla yad edilib

Şəhid Səbuhi Əsədovun doğum günü məzun olduğu 85 nömrəli tam orta məktəbdə ehtiramla yad edilib

19 yanvar Vətən Müharibəsi şəhidi Əsədov Səbuhi Azər oğlunun doğum günüdür. Doğum günü münasibəti ilə Suraxanı rayonu şəhid əsgər Səbuhi Əsədovun məzun olduğu Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivinin təşkil etdiyi anım tədbiri keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova və digər rəsmi şəxslər şəhid Səbuhi Əsədovun ailəsinin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Yerli təşkilatın sədri çoxminli üzvlər adından  Xarıbülbül təsviri üzərində şəhidimizin şəkili toxunmuş xalçanı şəhid anasına təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.