Şəhid Qardaşxan Əhmədlinin xatirəsi doğum günündə ehtiramla anılmışdır

Şəhid Qardaşxan Əhmədlinin xatirəsi doğum günündə ehtiramla anılmışdır

12 mart Şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər Qardaşxan Əhmədlinin Xəzər rayon Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.