Şəhid Qardaşxan Əhmədlinin doğum günü ehtiramla yad edilib

Şəhid Qardaşxan Əhmədlinin doğum günü ehtiramla yad edilib

44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri Əhmədli Qardaşxan Elxan oğlunun doğum günü ilə əlaqədar martın 12-də Binə qəsəbəsinin Şəhidlər Xiyabanında Şəhidimizin məzarı ziyarət edilmiş, məzarı üstünə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.

Tədbirdə  YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, şəhid ailələri, şəhidin doğmaları və digər rəsmi şəxslər iştirak etmişlər.

Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu  olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Qardaşxan Əhmədlinin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.