Şəhid Osman Manafov və şəhid Səbuhi Orucov anım günlərində ehtiramla yad ediblər
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Osman Manafov və şəhid Səbuhi Orucov anım günlərində ehtiramla yad ediliblər.
Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədr müavini iSalman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.