Şəhid mayor Rüfət Əsgərova həsr olunmuş "Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün" adlı tədbir keçirilmişdi
11 oktyabr 2022-ci il tarixdə Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə "Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün" layihəsi çərçivəsində Rəfiqə İsaqqızının müəllifi olduğu "Zülmətdən doğan günəş" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Kitab Vətən Müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun əziz xatirəsinə həsr olunmuşdur.
Görüşdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Şəhidin atası Mürvət Əsgərov, şəhidin zabit yoldaşları, şəhid ailələrinin üzvləri, qazilər və mayor Rüfət Əsgərovun əsgərləri iştirak etmişlər.
Tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən natiqlər şəhid mayor Əsgərov Rüfət Mürvət oğlunun döyüş yoluna nəzər salaraq onun qəhrəmanlıqlarından bəhs etmişlər.