Şəhid Elmaz Hacıyev doğum günündə ehtiramla yad edilib

Şəhid Elmaz Hacıyev doğum günündə ehtiramla yad edilib
9 may 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi Haciyev Elmaz Elmar oğlunun mövlud günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseyn, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri və şəhidin doğmaları Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət etmiş, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Ruhid İslamlının da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.