Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
Prezident İlham Əliyev çıxış etmişdir. Ölkəmizin prezidenti İlham Əliyev dəvət üçün Rusiya Prezidenti Vladimir Vladimiroviçə təşəkkürünü bildirmiş və BAM-ı inşa edənlərin əhatəsində olmaqdan, həmçinin Baykal-Amur Magistralının inşasına başlamasının 50 illiyi münasibəti ilə bütün BAM-çıları təbrik etmişdir.
Vladimir Vladimiroviç qeyd etdi ki, bu tikinti Sovet İttifaqının bütün respublikalarını birləşdirib, bu həqiqətən də belədir, onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil. Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Prezident İlham Əliyev çıxışının davamında qeyd etmişdir ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. “Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha müzakirə etdik. Hökümət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq.
Ölkəmizin prezidenti İlham Əliyev Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə minnətdarlğını bildirmişdi. Ötən il Azərbaycanda və Rusiyada Ulu Öndər Heydər Əliyevin yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk.
Prezident İlham Əliyev bütün BAM-çıları yubiley münasibətilə təbrik etmiş, Azərbaycan, Rusiya və bütün MDB ölkələrinin inşaatçılarına yeni uğurlar və nailiyyətlər arzu etmişdir.