Qətiyyət qələbənin təminatıdır.
Aygün Cəfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 262 saylı körpələr evi və uşaq bağçasının müdiri
44 günlük Vətən müharibəsi başa çatdıqdan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. 19 sentyabr "terror akt"ı da bu sıradan hadisədir. Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin Xocavənd rayonu ərazisində mina yerləşdirməsi nəticəsində polis əməkdaşları da daxil olmaqla 9-nəfər soydaşımız həyatını itirdi. Baş verən mina partlayışı terror aktıdır. Azərbaycan öz ərazində gələcək faciələrin qarşısını almaq üçün antiterror əməliyyatını həyata keçirməli idi. Çünki Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təhlükədir.
Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tedbiri Ermənistana qarşı müharibə deyil, ölkəmizin ərazi bütövlüyünü təhdid edən hədsiz Ermənistana həddini bildirməkdir. Azərbaycan birtərəfli qaydada sülhü təmin edə bilməzdi və Qarabağda baş verən terrora qarşı antiterror əməliyyatını birmənalı şəkildə icra edilməli idi. 24 saatlıq antiterror tədbiri Qarabağı terror yuvasından təmizlədi.
Qarabağda separatizmə dəstək verən bəzi xarici güclər planlarını gerçəkləşdirməyi düşünsələrdə səhv düşüncəya qapılıblar. 24 saatlıq antiterror tədbiri zamanı bütün dünya buna bir daha Azərbaycanın gücünə şahid oldu. Qarabağ Azərbaycan ərazisidir, digər ölkələrin silahlı birləşməsi ola bilməz. Qarabağ Azərbaycanın hüquqi ərazisidir, bütün ərazilərimizdə Azərbaycan qanunları işləməlidir və işləyəcək! Erməni sakinləri Qarabağda yalnız o halda yaşamaq hüququna malik olacaqki, onlar bizim ərazi bütövlüyümüzü tanıya və qanunlarımızı qəbul edəcəklər.
Ordumuz lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla həyata keçirərək Ermənistanın xəbis niyyətini gözündə qoydu. Antiteror əməliyyatının icrası zamanı Ordumuz heç bir mülki infrastruktura və dinc əhaliyə zərər vurmadı. Qətiyyət qələbənin təminatıdır. Düşməni ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu qətiyyətli və qüdrətlidir. 24 saat davam edən antiterror əməliyyatı Ermənistana bir daha Azərbaycan dövlətinin və Ordusunun gücünü sübut etdi. 44-günlük Vətən müharibəsində olduğu kimi 24-saatlıq antiterror əməliytatı zamanı da ermənilər bir daha dünya qarşısında biyabırçı vəziyyətə düşdülər. Antiterror əməliyyatı Zəfərimiz ilə nəticələndi!