Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

Günel Orucova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 14 saylı uşaq bağçası və körpələr evinin müdiri

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Müstəqilliyinin Xilas Tarixi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin taleyini dəyişən, müstəqilliyinin qorunmasına və dövlətçiliyinin möhkəmləndirilməsinə zəmin yaradan ən əlamətdar tarixlərdən biridir. Bu gün təkcə təqvim bayramı deyil, həm də xalqın birlik, həmrəylik və dövlətçilik ideallarının təntənəsi kimi qiymətləndirilir.

XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri ölkə üçün olduqca mürəkkəb və ağır keçmişdir. Sovet İttifaqının dağılmasından sonra ölkədə siyasi sabitliyin olmaması, iqtisadi tənəzzül, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı və daxili çəkişmələr dövlətin gələcəyini ciddi təhlükə altına salmışdı.

Hakimiyyət uğrunda mübarizə, idarəetmədə təcrübəsizlik və ölkə daxilində yaranmış xaos Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olmuşdu. 1993-cü ilin iyun hadisələri zamanı ölkədə vəziyyət daha da gərginləşmiş, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Belə bir şəraitdə Azərbaycan xalqı öz xilasını böyük dövlət xadimi Heydər Əliyevin siyasi təcrübəsində və qətiyyətli liderliyində görürdü. Xalqın təkidli çağırışı ilə Heydər Əliyev Bakıya dəvət edildi və 15 iyun 1993cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Məhz həmin gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdi. Ulu Öndər Heydər Əliyev həmin dövrdə üzərinə düşən məsuliyyəti yüksək qiymətləndirərək demişdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.” Bu sözlər sonrakı illərdə həyata keçirilən uğurlu dövlət siyasəti ilə öz təsdiqini tapdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi və ölkədə qanunun aliliyi bərpa edilməyə başlandı. Dövlət idarəçiliyi yenidən quruldu, insanların gələcəyə inamı artdı və ölkədə sabit inkişaf üçün əlverişli şərait yarandı. Milli Qurtuluş dövrünün mühüm nəticələrindən biri də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi oldu. Xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs müəyyən edildi, dünyanın müxtəlif dövlətləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq genişləndirildi.

Azərbaycan qısa müddətdə regionun etibarlı tərəfdaşlarından birinə çevrildi. 1994-cü ildə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan beynəlxalq neft sazişi ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Xarici investisiyaların cəlb edilməsi, enerji layihələrinin həyata keçirilməsi və iqtisadi islahatların aparılması Azərbaycanın gələcək inkişafına güclü təkan verdi. Sonrakı illərdə əldə olunan iqtisadi nailiyyətlər məhz həmin strateji qərarların nəticəsi kimi qiymətləndirilir.1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Eyni ildə çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. İnsan hüquq və azadlıqlarının qorunması, bazar iqtisadiyyatına keçid və siyasi islahatlar ölkənin inkişaf strategiyasının əsas istiqamətlərinə çevrildi. Milli Qurtuluş Günü yalnız bir siyasi hadisə deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası və gələcək uğurlarının başlanğıcı kimi tarixə düşmüşdür.

Məhz həmin dövrdə əsası qoyulan siyasi kurs sonrakı illərdə ölkənin sürətli inkişafını təmin etmiş, güclü ordu quruculuğuna, iqtisadi yüksəlişə və beynəlxalq nüfuzun artmasına zəmin yaratmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Bu uğurların təməlində isə 1993-cü ildə başlanmış qurtuluş yolu və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətə sədaqətinin və müstəqillik əzminin rəmzidir. Bu əlamətdar gün bizə xatırladır ki, güclü dövlət yalnız milli birlik, uzaqgörən siyasət və xalqın öz liderinə inamı sayəsində qurulur və qorunur. Məhz buna görə də Milli Qurtuluş Günü Azərbaycanın şanlı tarixində qızıl hərflərlə yazılmış və gələcək nəsillər