Qubadlının azad edilməsi tarixi hadisədir
Suraxanı rayonu 277 saylı körpələr evi - uşaq bağçasının müdiri
Qubadlı rayonu 1993- cü il avqustun 31-də Ermənistan ordu hisslərinin hücumu nəticəsində işğal edilmişdir. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonunun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməli törətmişdir. Qubadlı şəhəri və rayonun 94 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Qubadlının azad edilməsi tarixi hadisədir. Bu şəhərin azad edilməsi böyük Qələbəni yaxınlaşırdı. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla əlaqədar, 2020 – ci il noyabrın 26 – da “ Qubadlının azad olunmasına görə “ medalı təsis edildi. 27 ildir ki, Azərbaycan tarixi qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür, torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və oğru Ermənistanın tapdağı altında idi.
Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi. Ali Baş Komandamız Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev məqsədyönlü siyasəti, qardaş ölkə olan Türkiyə və Pakistanın siyasi, mənəvi dəstəyi ən əsas Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalanır. Bütün bunlara görə böyük sərkərdə, bu Qələbəni bizə yaşadan cənab İlham Əliyevə borcluyuq.
Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək. Yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Uca Tanrı ordumuzu, Xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun.
Qarabağ Azərbaycandır!
Yaşasın müstəqil, azad Azərbaycan!