Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır
Adilə Həmidzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 318 № li tam orta məktəbin direktor müavini
Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən1993-cü ildə avqust ayında işğal edilmişdir. Rayon işğal edilərkən 1 şəhər və 33 kənddən ibarət idi. 2020- ci il sentyabrın 27- də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdan yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudllarına çıxmasına şərait yatdı. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 44 kəndi işğaldan azad edildi.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Əhali etnik tərkibcə azərbaycanlılardan ibarətdir. Səthi,əsasən dağlıqdır. Əqiq və inşaat materialları yataqları var. İqlimi əsasən mülayim, isti quru subtropikdir. Çaylar Bərgüşad, Həkəri və onların qollarıdır. Əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 1360 ha meşə sahəsi vardır.
Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı, Pənah xan Sarıcalı Cavanşırin oğlu Mehrəli bəy Sarıcalı Cavanşirin malikanəsinə aid olmuşdur. 1993-cü ildə ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin adı Ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Kənddə Azərbaycandan köç etmiş ermənilər məskunlaşıb. 2003-cü ildə burada 211 nəfər əhali yaşayırdı. Həkəri çayının sahilində dağətəyi ərazidə yerləşir. Xanlıq əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənd də mülkün alı ilə adlanmışdır. 2020- ci ildə oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra, təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı ermənistan güclü istehkamla qurmuşdu. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi.
Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı.Ona görə də, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi və ilk növbədə şəhərə aid olan torpaqları götürdü,ətrafda olan kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət oktyabrın-25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən azad etdi. Qubadlı şəhərinin düşməndən azad edilməsi böyük Qələbəni daha da yaxın etdi.Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilərXanlıqda hərbi istehkam, hərbi baza qurdular. Eyni zamanda xaricdən gələn ermənilər üçün də xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəb salmışdılar. Bununla belə Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz məskunlaşdırmışdılar. Bu da, əlbətdə ki, müharibə cinayəti daşıyır.
Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskulaşma aparan ölkə cinayət törətdmiş hesab olunur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir. İşğal altında olan hər bir kəndimizin, hər bir şəhərimizin azad olunduğu gün tariximizə zəfər günü kimi yazıldı. Cünkü bu torpaqların hə qarışı uğrunda Azərbaycan ordusu döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdi. Qubadlı rayonunun işğaldan azad olunduğu gün 25 oktyabr tariximizdə daim böyük qürurla xatırlanacaq.
2020-ci il 23 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının tarixi və təbiəti, keçmişi də memarlıqda nəzərə alınacaqdır.
Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050- ci ilə qədərki inkişaf dinamikasınınəzərə alır. İnşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.Dörd zolaqlı yol. Bu yol şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Vətən müharibəsinin hər günü 30 ilə yaxın işğal altında qalan kənd və şəhərlərimizin azad edilməsi ilə əlamətdar oldu. Cəbrayılın Suqovuşan, Hadrutun, Füzulinin, Zəngilanın düşmən tapdaqlarından azad edilməsinin ardınca növbə Qubadlıya çatdı.
Ötən il oktyabrın 25 də prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi Twitter səhifəsində növbəti qələbə müjdəsini xalqımıza çatdırdı. Bu gün Azərbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir.
Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Qubadlı rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Qısa müddətdə Qubadlı bərpa ediləcək və ölkəmizin ən gözəl çiçəklənən diyarlarından birinə çevriləcək.
25 oktyabr 2021-ci ildə ölkə başçısının Qubadlıya növbəti səfəri oldu. Həmin səfər zamanı Cənab Prezident Xanlıq –Qubadlı yolunun təməlqoyma mərasimində, Qubadlı yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi.
27 il qaçqın həyatını yaşamış qubadlılar yenidən qurulmuş müasir Qubadlıya qayıdacaqlar. Müəyyən ərazilər minalardan təmizlənib, təhlükəsizlik təmin olunandan sonra bu rayonda böyük tikinti layihələri icra olunacaq. Ermənilərin taladıqları və dağıtdıqları Qubadlının tarixi, mədəni, içtimai abidələri yenidən bərpa olunacaq. Qubadlı şəhəri Zəngəzur iqtisadi rayonunun bir ərazisi olaraq müasirliyə qovuşmuş yeni bölgəmiz olacaq.