Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb etmişdir
Zərxanım Zülfüqarova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Qubadlı rayonu Erməni silahlı qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi.Rayon işğal edilərkən bir şəhər və 93 kənddən ibarət idi.İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi 7278 fərdi yaşayış evi 64 inzibati bina, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyaları və transformatorlar tamamilə dağıdılmışdı. Bir sözlə düşmən bu cənnət diyarı əsl cəhənnəmə çevrilmiçdi.
Qubadlı rayon Azərbaycanın cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayon qərbdən 120 km məsafədə Ermənistan respublikası ilə, şimaldan Laçın rayonu, Xocavənd rayonu , şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. İşğaldan öncə Qubalıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmələşmiş əhənd daşı yataqları, o cümlədən Mollabürhan kəndinin, cənubunda Tut daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcudur. Keçən 28 il ərzidə bütün bunlar fitnəkar düşmən tərəfindən istismar edilmişdir.
2020-ci ilə qədər davam etmiş erməni təcavüzünə cavab olaraq Ali Baş Komandan sentyabrın 27-də hərbi vəziyyət elan etmiş və II Qarabağ müharibəsi, yəni Vətən müharibəsi başlamışdır. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb etmişdir.
Azərbaycan Ordusu ilk növbədə, şəhərə hakim olan yüksəklikləri götürdü. Bundan sonra Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və digər stateji yüksəkliklər ələ keçirildi. Nəhayət oktyabrın 25 də Azərbaycan silahlı qüvvələri şəhəri tamamilə düşməndən təmizlədi. 2020-ci il noyabrın 26 da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrini 15189 hərbi qulluqçusu Azərbaycan Rspublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. 25.10.2020-ci ildə Prezidentimiz Xanlıq Qubadlı yolunun təməlqoyma mərasimində “Qubadlı yarımstasiyasının açılış mərasimində, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmişdi. 19.10.2022-ci ildə “Azərişıq ASC-nin 35 kilovatlıq yarımstansiyasının və Rəqəmsal idarəetmə mərkəzinin təməlqoyma mərasimində 04.05.2023-cü ildə isə Qubadlı şəhərində ilk yaşayış məhələsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq xəstəxananın və s. obyektlərinin təməlqoyma mərasimlərində yaxından iştirak etmişdir.
İndi də Dövlətimiz Qubadlının və digər işğaldan azad olunmuş rayonların bərpası üçün bütün güc və qüvvədən istifadə edir. İnanırıq ki, yaxın zamanlarda Qubadlılar öz doğma yurd və yuvalarına qayıdacaqlar!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!