Qonşu ölkələr ilə əlaqələrin inkşafı əsas prioritetlərdəndir
Fərqanə Məmmədhüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 126 saylı uşaq bağçasının tərbiyəçi müəllimi
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin sədirliyi ilə 15 iyul 2022-ci il tarixində, ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə kecirilib. Dövlət başçısı çıxışında, qonşu ölkələrlə əlaqələrimizin hər zaman bizim üçün əsas prioritetlərdən biri olduğunu diqqətə çəkərək, Rusiya İran, Gürcüstan prezidentləri ilə görüşlərinin bunun göstəricisi olduğunu qeyd edib. Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atıldığını, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri haqqında məlumat vermişdir. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var.
Digər beynəlxalq təşkilatlarla da Azərbaycan fəal əməkdaşlıq etmiş və İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə olan münasibətlər dostluğa, münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir. Dövlət başcısı bir daha qeyd etmişdir ki, “Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir: “Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir, siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır.
Biz Azərbaycan xalqı olaraq, yenilməz, güclü dövlət olduğumuzu bir daha sübut etdik. Dövlət başçımızın güclü siyasəti sayəsində uğurlu gələcək daim bizimlə olacaq.