Qəlbləri fəth edən rəhbər

Qəlbləri fəth edən rəhbər
Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri müavini
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı
​Heydər Əlirza oğlu Əliyev elə bir dahi şəxsiyyətdir ki, nəinki Azərbaycan, eləcə də dünyanın siyasi səhnəsində öz sözünü demiş, öz imzasını atmışdır. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın təkidi ilə 1993-cü ilin yayında respublikada dərin böhran və hakimiyyət boşluğunu aradan qaldırmaq üçün paytaxt Bakıya çağrılmış, Heydər Əliyev qələbə qazanaraq prezident seçilir və ikinci dəfə respublikamıza rəhbərlik etməyə başlayır. Məhz bu tarix – 1993-cü il oktyabrın 3-ü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, xalqın xaosdan, zülümdən-zillətdən xilas günü oldu.
Uzun zaman kəsiyində mifoloji düşüncəmizə, ruhumuza işləyən xeyrin şər üzərindəki qələbəsi, zillətdən rifaha qovuşmaq, zülmətdən işığa çıxmaq kimi tarixi missiyaların yenidən cücərib boy atdığı gün idi həmin gün. Kəlbəcərin işğalından sonra ölkəmizi daxildən parçalamaq məqsədi ilə Surət Hüseynovun başçılığı ilə Gəncə qiyamı, Əlikram Hümbətovun başılığı ilə ölkənin cənub bəlgəsindəki qiyam, şimal bölgəsində separatçı meyllərə maraqlı olan qüvvələrin fəallaşması vətəndaş müharibəsi təhlükəsi yaratdı, dövlətçiliyimiz ciddi təhlükə qarşısında qaldı. Belə bir zamanda siyasət meydanında bir fateh, bir xilaskar kimi qələbə çalan dahi rəhbər son nəfəsinə kimi bütün varlığı, qüvvəsi ilə xalqın bu çətinlikdən azad olmasına çalışdı.
​XX əsrin böyük simalarından biri olan Heydər Əliyev siyasi sabitlik yaratdıqdan sonra ölkənin iqtisadi və sosial rifaha çıxması üçün köklü islahatlatın həyata keçirilməsinin, mühüm dövlət təsisatlarının yaranmasının əhəmiyyətini dərk edir, bu sahələrdə ciddi addımlar atırdı. 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalandı. Cəhbədə yaranan müvəqqəti sabitlikdən istifadə edərək Heydər Əliyev iqtisadi islahatlarının birinci mərhələsi başladı. 1993-1997- ci illəri əhatə edən iqtisadi islahatların birinci mərhələsində “Əhalinin sosial müdafiəsi haqqında” qanun (1994) qəbul edildi, Sosial Müdafiə Fondu yaradıldı.
1994-cü ildə manat ölkədə yeganə ödəniş vasitəsi elan olundu, inflyasiyanın qarşısı alındı.
1994-cü ildə sərbəst xarici ticarət haqqında fərman imzalandı.
1996-cı ilin iyulunda “ Torpaq islahatı haqqında” qanun qəbul edildi.
Dahi rəhbər özünün neft strategiyasını müəyyənləşdirdi ki, onun da əsas ideyası, məramı ölkəmizin zəngin neft-qaz ehtiyyatlarını ən müasir üsullarla hasil edərək xarici bazarda satışa çıxartmaq, əldə olunan gəlirdən iqtisadiyyatin bütün sahələrini inkişaf etdirmək, ölkə əhalisinin maddi rifahını yüksəltmək idi. Beləliklə, 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycana aid hissəsində neft hasilatı haqqında “Əsrin müqaviləsi” imzalandı. Xəzərin Azərbaycan sektorunda yerləşən üç iri neft yatağının dünyanın səkkiz böyük dövlətinin 13 məhşur neft şirkəti ilə birgə işlənməsi nəzərdə tutulurdu. 1997- ci ildə “Əsrin müqaviləsi” əsasında neftinn ilkin hasilatına başlandı. Beləliklə, ölkə iqtisadiyyatı böhrandan çıxaraq sabit inkişaf xətti tutaraq bazar iqtisadiyyatina və dünya iqtisadiyyatına inteqrasiya olunmağa başladı.
1998-ci ildə tikintisinə başlanıb 1999-cu ildə istifadəyə verilən Bakı-Supsa “ Qərbi neft kəməri”nin tikintisi, eyni zamanda 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun təsis olunması, 1999-cu il noyabrın 18-də İstanbulda Xəzər dənizində çıxarılacaq xam neftin Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsi haqqında sazişin imzalanması, 2001-ci ildə ölkə qazının Bakı-Tibilisi- Ərzurum qaz kəməri ilə dünya bazarına çıxarılması haqqında Azərbaycan Türkiyə və Gürcüstan arasında imzalanan sazişi, 1998-ci ildə sentyabrda Bakıda keçirilən “Böyük İpək Yolu” konfrasını və onlarla müxtəlif görülmüş işləri misal çəkə bilərik.
Heydər Əliyevin xarici siyasət siyasətinin əsas məqsədi dövlət müstəqilliyimizin qorunub saxlanması, beynəlxalq müstəvidə tanınması, Azərbaycan xalqının təhlükəsiz və demokratik mühitdə, azad bazar iqtisadiyyatı şəraıtində yaxşı yaşayaraq, sabıt və davamlı inkişafı üçün əlverişli beynəlxalq şəraitin təmin olunması idi. Ən vacib məsələ isə Dağlıq Qarabağ münaqişəsinin milli maraqlara uyğun həll olunması idi. Qonşu dövlətlərlə-Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistanla beynəlxalq hüquq normalarına uyğun münasibətlər qurulmuş, tarazlaşdırılmış xarici siyasət həyata keçirilməyə nail olunmuşdur. 1991-2003-cü illərdə Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və bir neçə ölkələrlə yüksək səviyyəli əlaqələr quruldu ki, bu əlaqələr də öz növbəsində dəvlət müstəqilliyimizin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edirdi.
Ulu öndərin xarici siyasət kursunun mühüm prioritetlərindən biri Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu öndər deyirdi: “Azərbaycan müstəqil bir dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”. Eyni zamanda qeyd edirdi: “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək və onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir”.
Ulu öndər Heydər Əliyevin çıxışlarındakı bu nəsihətamiz fikirlər sonrakı nəsillərə örnək oldu. Yetişməkdə olan gənc nəsillər dahi rəhbərin göstərdiyi yolla vətənə sevgi, dövlətə məhəbbət, milli dəyərlərimizə, insan hüquq və azadlıqlarına ehtiram ruhunda tərbiyə olunur. Hələ sağlığında ikən, onlarla mükafatlara – “Atatürk sülh mükafatı”na, Moskva Dövlət Universitetinin fəxri adına, “Müqəddəs Apostol Andrey Pervoza Ordeni”nə və s. adlara, mükafatlara layiq görülən bu dahi rəhbər daima qəlblərdə yaşayacaq, nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan gəncliyi və dövlətçiliyi var, daima yaddaşlarda, qəlblərdə yaşayacaqdır.