Prezidentin himayəsi ilə keçirilən Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir

Prezidentin himayəsi ilə keçirilən Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir
Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri
X Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı proseslərə nə qədər obyektiv və humanist yanaşmasına bir nümunədir. Dünya baş verən qlobal hadisələr dövründə Azərbaycanın növbəti dəfə bu məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Eyni zamanda, X Qlobal Bakı Forumunun ölkəmizdə təşkili, Azərbaycan Prezidentinin çıxışına olan yüksək maraq ölkəmizin, beynəlxalq aləmdə artan nüfuzunu bir daha ortaya qoydu. Forum göstərdi ki, Azərbaycan dünyadakı nüfuzunu artırmaqda, ölkəmiz qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilməkdədir.
Prezident cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunda dünya birliyinə, xüsusən beynəlxalq münasibətlərin aparıcı aktorlarına ciddi mesajlar verildi, vacib çağırışlar edildi. 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurum rəhbərliyinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin, 23 ölkənin xarici işlər naziri müavinlərinin iştirak etdiyi, ümumilikdə isə 61 ölkədən 360-dək yüksək səviyyəli nümayəndənin təmsil olunduğu X Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” kimi həssas bir mövzuya həsr edilmişdi.
Azərbaycan prezidenti mötəbər auditoriyanın diqqətinə onu da çatdırdı ki, geosiyasi ziddiyyətlər fonunda ölkəmizin nəqliyyat infrastrukturuna tələbat heç vaxt olmadığı qədər yüksəlib. Xəzər dənizində ən böyük donanmaya və regionda ən geniş yük aviaparklarından birinə sahib olan Azərbaycan ərazisindən ötən il ərzində keçən tranzit yüklərin həcmi 75 faizdən çox artıb. Təkcə bu faktın özü o deməkdir ki, ölkəmiz yalnız enerji məsələsində deyil, həm də qlobal iqtisadi əməkdaşlıq prosesində əhəmiyyətli iştirakçılardan birinə çevrilməkdədir.
Qürur hissi ilə deyə bilərik ki, ölkəmiz bu təşkilata sədrlik etdiyi müddət ərazində bir çox layihələr həyata keçirmişdir ki, bu da qurumun beynəlxalq aləmdə nüfuzunun artmasına öz müsbət təsirini göstərmişdir. 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.
Bu fikirləri söyləmək üçün bir neçə mühüm amilləri qeyd etmək olar. İlk növbədə Azərbaycanın sədrliyi çox çətin dövrə, koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi mühüm rol oynadı.
Ölkəmiz bütün istiqamətlərdə hər il yeni zirvələr fəth edir. Azərbaycanın geosiyasi, geoiqtisadi, nəqliyyat-logistika uğurları bir-birini əvəz edir. Müstəqilliyinə nail olan ölkə kimi bir inkişaf modeli ortaya qoyan Azərbaycan bu təcrübənin yalnız region dövlətləri üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətini dərk etdirir.
Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən siyasi, biznes və akademik liderlərinin iştirakı ilə beynəlxalq tədbirdir. Foruma 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı qatılıb. Bu da tədbirin nə qədər önəmli olduğudan xəbər verir.
Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı olduqca əhəmiyyətli xarakter daşıyır. Azərbaycan Prezident tərəfindən bir çox məqamlar barədə, o cümlədən ölkəmizdə mövcud olan dinlərarası və mədəniyyətlərarası harmoniya, birgəyaşayış ənənəsi, tolerantlıq mövzusunda vacib mesajlar verildi. Eyni zamanda Qarabağda yaşayan erməni əhalinin hüquqları məsələsində dövlətimizin başçısı konseptual çərçivəni Forum iştirakçılarının diqqətinə çatdırdı.
Bu forumun gündəliyində dünyanın bugünkü marağında olan mühüm məsələlər var idi ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı göstərdi ki, Azərbaycan mövcud problemləri qeyd etməklə yanaşı, həm də onların aradan qaldırılması ilə bağlı konkret təkliflərə, çıxış yollarına malikdir.
Hazırda dünyada geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir, böyük dövlətlər əvvəlki mövqelərini qorumaqdan ötrü ciddi mübarizə aparırlar. Qlobal Bakı Forumu bənzər çağırışları paylaşan, bəşəriyyəti narahat edən məsələlərlə bağlı həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından çox önəmlidir. Bu forum Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, bütövlükdə dünyamızda baş verən proseslərə nə qədər ədalətli və humanist yanaşmasının göstəricisidir.