Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-si Konstutsiyaya günü elan edildi

Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-si Konstutsiyaya günü elan edildi

Səidə İmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri

Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  yeni  Konstitusiya  layihəsi   üzərində  ciddi  işə  başlandı. 1995- ci ilin   mayında  ümummilli   lider  Heydər  Əliyevin   sədirliyi  ilə  Konstutsiya  Komissiyası   formalaşdırıldı  və  layihə  1995-ci ilin  oktyabrın  12-də  ümumxalq  səsverməsinə  çıxarıldı. Referendumda  seçicilərin 86  faizi  iştirak  etdi  və  onların  91,9  faizi kostutsiyanın   qəbul  edilməsinin  lehinə   səs  verib.Əsas  qanun noyabrın  27-də  hüququ  qüvvəyə  minib.

Azərbaycanın  yeni  konstutsiyası  5 bölmədən  12  fəsildən  158  (164)  maddədən ibarətdir. Konstutsiyaya  ilk  əlavə  və  dəyişiklər  24  avqust  2002-ci  ildə, 2009-cu  ilin  martında, son  əlavə  və  dəyişiklər  isə  26  sentyabr  2016-cı ildə   referendum  yolu  ilə  edilib. 1996-cı  il  fevralın  6-da Prezident  Heydər Əliyev sərəncamı  ilə  noyabrın 12-si   Konstutsiyaya   günü  elan  edildi. Dövlət   müstəqilliyinin bərpa   olunduğu  ilk  illərdə  Heydər  Əliyevin  həyata  keçirdiyi  əsaslı  islahatlar   respublikamızın  inkişaf  yoluna  çıxmala  yanaşı  qanunu   aliliyini  təmin  edən, hüquqi, dünyəvi  dövlət   quruculuğuna  yol  açan  yeni   milli konstitusiyanın   hazırlanmasına  və  qəbuluna  şərait  yaratdı.

Heydər  Əliyev   bu  barədə   danışarkən   demişdi: “Biz  elə   layihə  hazırlanmalı  və  nəhayyət  elə   bir   konstitusiya  qəbul   etməliyik  ki, o müstəqil  Azərbaycan  Respublikasının  demokratik  prinsiplər   əsasında  uzun  müddət  sabit  yaşamasını  təmin edən  əsas  Qanun,  tarixi  sənəd  olsun. Hakimiyyət  bölgüsü – ali  icra, qanunvericilik,  məhkəmə  hakimiyyəti – bunlar  hamısı  xalqın  iradəsinə  söykənməli, seçkilər  yolu  ilə   təmin  olunmalıdır.”

Məlum  olduğu  kimi 1918-1920-ci illərdə  23 ay    mövcud    olmuş  Azərbaycan  Xalq   Cumhuriyyəti   dövlətin  əsas    Qanunu   qəbul  edə  bilməmişdir.  Beləliklə, Azərbaycanın    ilk  Konstutsiyası  1921-ci il  mayın  19-da   I  ümumi   Azərbaycan  Sovetlər    Qurultayında    qəbul  edilib. Bundan  başqa    illərdə  Azərbaycan SSR-nin  IV, V, IX, Qurultaylarında konstutsiyalar  qüvvəyə    minmişdi. 1978-ci  ildə  aprelin  2-də ümummilli  lider   Heydər  Əliyev   təklifi   ilə  yeni konstutsiya  73-cü   maddə   aşağıdakı   redaksiyada  verilib. “Azərbaycan   Sovet  sosialist    Respublikasının   dövlət  dili  Azərbaycan  dilidir.” 1978-ci  ilin  aprelin  21-də  Azərbaycan  SSR-nin  soncu  konstutsiyası  qəbul  olunub. Bu da  Azərbaycan   dilinə  dövlət  dili   statusunun  verilməsi  ümumilli  lider  Heydər  Əliyevin   xalq  qarşısında   tarixi  xitdmətlərindən  biridir.Azərbaycan  Respublikasının    müstəqilliy  illərində  ilk  konstutsiya    qəbuluda  məhz  ümümilli   liderin   adı  ilə  bağlıdır.

Konstitusiya qəbul  edilən  gün -  noyabrın  12-də   respublika  parlamentində  ilk  dəfə  çoxpartiyalı    sistem   əsasında  demokratik    seçkilərdə  keçirildi. Müstəqil  Azərbaycan    Respublikasının  Konstutsiyası   ölkəmizdə   demokratik, Hüquqi    dünyəvi    dövlət  quruculuğu  prosessinə  hüquqi  baza  yaratdı, hakimiyyət  bölgüsünün   əsas  prinsiplərini   müəyyənləşdirdi.

Əsas  Qanunda   dövlətin   müstəqilliyinin  , suverenliyini    və  ərazi    bütövlüyünü  qorumaq  ,cəmiyyətini   demokratikləşdirilməsinə   və  vətəndaş  cəmiyyətinin    bərqərar  olmasına   nail  olmaq,  qanunların aliliyinə   təmin  edən   hüquqi  dünyavi   dövlət  qurmaq,  bazar   iqtisadiyyatına   xas  olan   münasibətlərin   formalaşmasını  təmin etmək   kimi   naliyyətlər  təsbit   olunmuşdur.

Ötən illər ərzində ölkəmizin sürətli inkişafı  nəticəsində yeni dövrün tələblərinin     əlaqədar   Azərbaycan  Konstutsiyasında  bir  neçə  dəfə    əhəmiyyətli  dəyişikliklər    və  əlavələr  edilib.  2002-ci  ildə  avqust  24-də   konstitusiyanın    24  maddəsində   29, 2009-cu  il  martın  18-də  isə  25  maddəyə  30 dan  artıq  əlavə  dəyişiklik  olub. Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham    Əliyevin   təçəbbüsü  ilə  2016-ci  il  sentyabrın  26-da   keçirilmiş  referendumda   konstutsiyada  üçünü  dəfə  əlavələr  və  dəyişiklik   müxtəlif sahələri əhatə etməklə, ali dövlət  hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və  bələdiyyələrinin məsuliyyətini artırmasına yönləmişdir.

Ali  Baş komandan   cənab   İlham  Əliyevin   rəhbərliyi ilə  Müzəffər  Orudumuz  tərəfində   Əzəli  Azərbaycan torpağı olan Dağlıq  Qarabağ 44 günlük vətən müharibəsində erməni işğalçılarından azad edilərək  ölkəmizin  ərazi  bütövlüyü təmin olunmuş, ata-baba    yurdundan  didərgin  salınmış   bir  milyondan  çox  soydaşımızın konstitusion hüququ bərpa  edilmişdir.

Xalqımızın düşmən  üzərində möhtəşəm Zəfəri  sayəsində  artıq  dördüncü  ildir  ki,  12   noyabr   Konstitusya   Günü    ölkəmizin   hər  bir  vətəndaşı tərəfindən qürur  və  iftixar hissi  ilə  qeyd  edilir.