Prezident qeyd etmişdir ki, bu iclasın Şuşada keçirilməsi iclasın vacibliyini, dəyərini daha da artırmışdır

Prezident qeyd etmişdir ki, bu iclasın Şuşada keçirilməsi iclasın vacibliyini, dəyərini daha da artırmışdır
Talıb Talıblı
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmuş və bundan sonra təşkilatın iclaslarında, tədbirlərində fəal iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə təşkilatla möhkəmlənən əlaqələr İlham Əliyevin dövründə də yüksələn xətlə davam etmişdir. Bunu təşkilatın tədbirlərindən birinin Şuşada keçirilməsi sübut edir. Tədbir çərçivəsində cənab Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlanmışdır. Məktubda təşkilatda əməkdaşlıqla yanaşı, Azərbaycanın son dövrlərdə artan geosiyasi və geostrateji üstünlüklərini göstərən məsələlərə də toxunulmuşdur. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu və təşkilata üzv olan dövlətlərlə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulamış, bir neçə gün öncə Şuşa şəhərini 2026-cı il İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan etməsinə görə təşəkkürünü bildirmişdir.
Prezident qeyd etmişdir ki, bu iclasın Şuşada keçirilməsi iclasın vacibliyini, dəyərini daha da artırmışdır. Bu hadisə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun davamlı inkişafına səbəb olacaq. Həmçinin, Azərbaycan Təşkilat çərçivəsində əməkdaşlığın bütün bölgələrdə, sahələrdə genişlənməsini dəstəkləyir və bu prosesin hərtərəfli tərəfdarıdır.
Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması hər iki dövlət üçün müharibədən uzaqlaşmaq, sülhə yaxınlaşmaq demək idi. Erməni vandalizminin nəticələri göz önündədir. Bütün dünya bu vandallığın şahidi olmuşdur.
Qarabağ bölgəsində hərtərəfli bərpa işləri hələ də davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə, bir sözlə Qarabağda yenidən həyatın başlaması hər bir azərbaycanlının sevincidir. Beləliklə, illərlə yurd-yuvasından ayrı qalan sakinlər öz yurduna qayıtmış olacaq. Bu konsepsiyaya əsaslanan quruculuq işləri Qarabağın müasir şəhər tipinə çevrilməsinə gətirib çıxardacaq.
Tranzit ölkə statusu dövlətimizin inkişafına daha da kömək edir. Respublikamızda həyata keçirilən demokratik islahatlar, iqtisadi dəyişikliklər ölkəmizin digər ölkələrlə əməkdaşlıq əlaqələrinə və inkişafına şərait yaratmış, beləliklə Azərbaycan daha da güclü dövlətə çevrilmişdir. Həmçinin, cənab İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının iştirakçılarına bildirmişdir ki, onlar Azərbaycan Respublikasına əlamətdar və tarixi dövrdə gəliblər. Bu əlamətdar və tarixi hadisə o idi ki, son antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini, konstitusiya quruluşunu tam bərpa etmiş və onun sevincini, qürurunu yaşayır. Əlavə olaraq, bu məsələlərin Azərbaycan ərazisində separatizmə son qoyulması və beynəlxalq hüququn, ədalətin təntənəsi kimi qiymətləndirmişdir.
Məktubda bu və digər məsələlərə diqqət yetiriləndə Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən mövqeyinin güclü olduğu, hərbi və diplomatik üstünlüyü aydın görsənir.