Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 8-də Qahirəyə səfər edib. Prezident Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdü və dünyaya önəmli mesajlar verdi.
Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri hər iki xalqın milli mövqeyi və mənafeyinə xidmət edir, iki dövlət arasında əməkdaşlığın dərinləşməsinə istiqamət verir. Prezident İlham Əliyevin cari səfəri zamanı iki ölkə arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirdi ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Azərbaycan İslam dünyasının diqqətində olan məsələlərə daim önəm verir. Fələstin məsələsində ədalətli və prinsipial mövqeyi bunun göstəricisidir. İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirdi ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.
İlham Əliyev Qəzzada yaşanan faciə ilə bağlı öz prinsipial mövqeyini orataya qoyaraq, bildirdi ki, müharibə dayandırılmalı, bütün məsələlər danışıq yolu ilə həll olunmalıdır. Ölkə başçısı Qahirədə verdiyi bəyanatda Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən də danışdı.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirdi ki, Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır. Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.