Prezident Komando Qüvvələrinin sayınının gündən - günə artdığını xüsusi vurğulamışdır

Prezident Komando Qüvvələrinin sayınının gündən - günə artdığını xüsusi vurğulamışdır

 Nisə Fərəcova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin direktoru

Dünyanın geosiyasi vəziyyətinin gərginləşdiyi, yaşadığımız coğrafi ərazinin təhdidlərdən tam olaraq yaxa qurtara bilmədiyi bir zamanda peşəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi ölkəmizin hərbi qüvvələrinin bugünkü səviyyəsi maraqlandırmalıdır.

Prezident cənab İlham Əliyevin cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Komando Hərbi Hissəsinə Döyüş bayrağının təqdimetmə mərasimində iştirakı və çıxışı  qəlbi vətən üçün döyünən hər bir vətəndaşın yuxarıda bəhs olunan maraqlarını sözün bütün mənalarında təmin edir.

Cənab Prezident İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin peşəkarlığını və qəhrəmanlığını qeyd edərək müharibədən sonra Komando Qüvvələrinin yaradılmasını və sayınının gündən - günə artmasını  vurğulamışdır. Ordu quruculuğu prosesinin mövcud vəziyyəti ilə bağlı deyilənlər dövlət sərhədlərimizin müdafiəsinin əmin əllərdə olduğuna inam hissini  artırır

Sözügedən çıxışda bugünkü Azərbaycan ordusunun müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirən ordudan daha da güclü olduğunun səsləndirilməsi baş qaldırmağa cəhd edən revanşist qüvvələrə çox tutarlı cavab oldu.

Xüsusi Təyinatlı Qüvvələrin sayının böyük dərəcədə artması, həyata keçirilən uğurlu iqtisadi siyasət, ölkənin artan gəlirlərinə uyğun olaraq büdcəyə əlavələrin olunması  ordumuzun daha da qüvvətlənəcəyinə etimadı gücləndirir.

Cənab Pezident bildirmişdir ki, Ermənistan və onun xarici havadarları bizim torpaqlarımızı əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdülər. Buna baxmayaraq ,bu gün bölgədə gündəliyi müəyyən edən yenə Azərbaycandır və sülh danışıqlarının yekunlaşması bizdən çox Ermənistana lazımdır. Elə ötən ilin oktyabrında Ermənistanın ərazi bütövlüyümüzü rəsmən tanıması da bu fikri təsdiq edir.

Cənab Prezidentin öz nitqində bu gün  həm gücün Azərbaycan tərəfində olduğunu, həm də zamanın və beynəlxalq hüququn mövqeyimizi gücləndirməsini qeyd etməsi ölkə əhalisinə təminatlı gələcək barədə verilən mesaj təsiri bağışladı

Cənab Prezident çıxışının sonunda Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu olan Ulu Öndərin doğum gününü-100 illiyini Qarabağın tacı olan Şuşada  qeyd etməsinin xüsusi məna daşıdığını bildirmişdi.

Həqiqətən, həmin tədbirdə cənab İlham Əliyev tərəfindən Şuşanın işğaldan azad olunmasının Azərbaycann gücünün,əyilməz ruhunun, qəhrəman hərbçilərin şücaətinin simvolu kimi səciyyələndirilməsi hər bir azərbaycanlıya qürur hissi yaşatdı.

Hər birimiz ordumuzun gücünün böyüklüyünə inanaraq, şəhidlərimizin ruhuna rəhmət oxuyaraq, qazilərimizə şəfa diləyərək Qarabağımızın dirçəlməsinə,Vətənimizin çiçəklənməsinə öz töhfəmizi verməyə çalışırıq.

Uca Allah ordumuzu və Azərbaycanımızı qorusun!