Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu
Qurbanəli İslamov
Vətən müharibəsi qazisi
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi
Ölkəmizin inkişafında yeni mərhələ 2003-cü ilin oktyabr ayının 15 də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin prezident seçilməsi ilə başlandı. Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatının müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabr 15 – nə təsadüf edir.
Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. Azərbaycanın qüdrətinin daha da artmasını, ölkənin dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən mühüm strateji amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət kursudur.
Böyük strateqin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son 25 ildə müstəqil Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının fundamental əsaslarını özündə təcəssüm etdirir.
Azərbaycan xalqının son bir əsrlik tarixini ordusuz təsəvvür etmək mümkün deyil. Bu bir əsrdə iki dəfə müstəqil dövlətini qurmuş Azərbaycan xalqı ötən dövr ərzində ciddi sınaqlarla qarşılaşıb, qırğın və dağıntılarla rastlaşıb, bir sıra məhrumiyyətlərə məruz qalıb, bununla yanaşı, mövcud olan çətinliklərə baxmayaraq, özünəxas iradə ilə inkişaf edib, yüksəlib, dünya xalqları arasında layiqli yerini tutub. Azərbaycan Ordusunun əsaslarının qoyulması Azərbaycanın hərb tarixində yeni bir mərhələni təşkil edir ki, bu da Azərbaycanın son birəsrlik tarixinin ən dəyərli səhifələrindən biridir. Artıq heç kəsə sirr deyil ki, cəmi bir əsr ərzində bu səhifə son dərəcə zənginləşərək xalqımızın qürur və iftixar mənbəyinə çevrilib.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Möhtərəm Prezident Cənab İlham Əliyevin müdrik siyasəti möhkəm iradəsi sayəsində xalqımız öz tarixinin daha bir qürurverici qələbəsinin sevincini yaşadı. Qarabağda həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu xoşbəxt anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan dövləti hər zaman böyük nailiyyətlər qazanacaq. Bu şərəfli yolda Sizi dəstəkləyirik, hər zaman yanınızda olacağıq.
Yaşasın Azərbyacan! Yaşasın Ali Baş Komandan! Yaşasın Müzəffər Ordumuz!