Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu

Aybəniz Əmirova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 317 nömrəli məktəbin tarix müəllimi

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.İlk təhsilini 1967-1977-ci illərdə Bakıda yerləşən 6 saylı orta məktəbdə almışdır.1977-1982-ci illərdə ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda almış,1982-ci ildə həmin universitetin aspiranturasına daxil olmuşdur.1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almış və həmin
univerisitetdə müəllim kimi fəaliyyət göstərmişdir. İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayına qədər Azərbaycan Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti,sonralar isə birinci prezidenti vəzifəsində çalışmışdır.
Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynamışdır. 2003-cü ilin avqust ayında baş nazir vəzifəsinə təyin olunmuşdu.2003-cü il oktyabrın 15- də ilk dəfə olaraq Azərbaycan Respublikasının prezidenti seçilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.Rumıniyanın “Rumıniya ulduzu” ordeni,Rusiya Federasiyasının I dərəcəli Aleksandr Nevski ordeni ,Azərbaycan Respublikasının “Heydər Əliyev”ordeni,Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru”,Qafqaz Müsəlmanları
İdarəsinin “Şeyxülislam”ordeni,Türkiyə Respublikasının “Dövlət nişanı”ordeni kimi bir çox ordenlərlə təltif olunmuşdur. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə
dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi- Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000- ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər.


Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya
uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandırmışdır.


İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib işlərdən  biri həmin ərazilərin  elektrik enerjisi ilə təchiz edilməsi  oldu. Artıq bu ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işləri demək olar ki, tamamlanmaq üzrədir. Vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası,110/35/10 kilovoltluq  Şuşa,  Füzuli və  Şükürbəyli yarımstansiyalarının açılışı bu ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulmasının yekunlaşacağına əsas verir.


“Ağıllı kənd”, ”Ağıllı şəhər”  layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük  Qayıdışın başlanğıcı oldu. Kənddən şəhərə axının qarşısını almaq, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətləri kəndlərdə təşkil etmək, eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaratmaq, kənd sakinlərinə  dövlət xidmətlərindən  yararlanmaq şəraitini formalaşdırmaq kimi üstünlüklərə malik olan, ən müasir texnologiyalara əsaslanan  “Ağıllı kənd” layihəsi kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə keçməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin
təşəbbüsü ilə  işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilən bu layihələrin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.  İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə  bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və müasir  nəqliyyat
infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyətini yüksək səviyyədə təmin edəcək. Azərbaycanın dilbər guşəsi Qarabağda yeni müasir şəhərlər, kəndlər salınacaq.

Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri yaradılacaq. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. 26 oktyabr tarixində İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası üçün sənədə imza atmışdılar.”Zəngəzur dəhlizi”adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb.”Zəngəzur dəhlizi “Avropa və Asiya qitələri arasında önəmli ticarət marşurutu kimi çıxış etmək potensialı daşıyır.


Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.