Prezident İlham Əliyevin “EURONEWS” telekanalına müsahibəsində əks olunan vacib amillər

Prezident İlham Əliyevin “EURONEWS” telekanalına müsahibəsində əks olunan vacib amillər
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru
Prezident İlham Əliyev Azərbaycan xalqının xəyallarını reallaşdıran liderdir. Azərbaycanın bugünkü inkişafı, siyasi, iqtisadi və hərbi sahədə əldə etdiyi uğurlar, bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi əlbəttəki, İlham Əliyevin gərgin əməyinin, yerində verilən düzgün qərarların nəticəsidir. O xalqına arxalanaraq ən çətin və həlli mümkünsüz görünən problemləri qətiyyətlə həll edir.
İlham Əliyev prezident olaraq yalniz ölkədaxili məsələləri həll etməklə qalmır, eyni zamanda beynəlxalq aləmdə də fəal siyasət yeridir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu gün Azərbaycan beynəlxalq arenalarda qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində yaxından iştirak edən tərəfdaş kimi çıxış edir.
Bir çox mötəbər tədbirlərin keçirilməsində Azərbaycan bu gün ev sahibliyi edir. 21 İyun tarixində “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində 37-dən çox ölkənin 300-dən çox nümayəndəsinin iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Yaşıl Enerji sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb. Müsahibə zamanı Prezident İlham Əliyev bildirib ki, ”Masdar” Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir,bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Bu, ondan xəbər verirki, Azərbaycan bu gün nəinki, ənənəvi enerji mənbələrinə, neft və qaz sektoruna, o cümlədən bərpaolunan enerjiyə sərmayə qoyan investitorlar üçün cəlbedicidir. Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycan COP-29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə olmağı hədəfləyir, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
İlham Əliyev bərpaolunan enerjiyə keçidlə bağlı qarşıya çıxan çoxsaylı problemlərdən bəhs edərək vurğulayıb ki, biz neft və qaz sahəsində hər şeyi bilirik, ancaq bu yeni sahədir. Bu sahədə ilk çətinliyimiz milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerji qəbul edə bilsin. Dövlət başçısı bildirdi ki, biz öz qonşu ölkələrlə fəal çalışmalıyıq ki, ötürülmə xətləri ilə bağlı problemlər həll olunsun.
“Euronews” televiziyasının müxbiri ilə müsahibəsinin sonunda Prezident İlham Əliyev qeyd etdiki, bu il ölkəmizdə “Yaşıl Dünya naminə həmrəylik ili” kimi qeyd olunacaq. Həmçinin belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədimiz birlik və həmrəylik yaratmaqdir. Biz COP-29 zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-birilə istəklə çalışsın və aralarındakı qarşılıqlı iddiaları kənara qoysunlar, planetimizin qorunması ilə bağlı əsas gündəliyə diqqət yetirsinlər.