Prezident İlham Əliyev hər zaman öz dövlətini, xalqını və onun rifahını düşünür
Əliqismət Səfərov
Suraxanı rayonu 318 №-li tam orta məktəbin direktoru
Biz millət olaraq öz müstəqilliyimizi bərpa etdikdən sonra geridə qoyduğumuz zaman ərzində milli dövlət quruculuğumuz sahəsində çox böyük nailiyyətlər əldə etmişik. Azərbaycan dünya dövlətləri içərisində siyasi, sosial, iqtisadi, demokratik və inkişaf səviyyəsinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Hazırda ölkəmiz dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir. Respublikamız dünyanı böhran halına almış COVİD-19-a qarşı mübarizədə də öz həmrəyliyini göstərərək, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, bir cox dövlətlərə yardımlar vermişdir. Bu isə bir daha dövlətimizin və dövlət başçımız cənab Prezident İlham Əliyevin humanistlik missiyasını nümayiş etdirir.
Artıq Azərbaycan ümumilikdə bütün sahələrdə inkişaf etmiş və dünyada çox güclü dövlət kimi tanınmaqdadır. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycanın həmrəy bir dövlət olduğunu və dünya dövlətlərinin onun ətrafında sıx birləşdiyini göstərir. Prezident İlham Əliyev hakimiyyəti dövründə yalnız bir məqsəd, bir amalla irəliyə doğru addım atmışdır. Prezident İlham Əliyev hər zaman öz dövlətini, xalqını, millətini və bu millətin rifahını düşünür. İlham Əliyev xalqı, milləti üçün daima yeni - yeni planları hazırlayaraq, bunların icrasına şəxsən özü nəzarət etmişdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad olunması sözün əsl mənasında, bir ölkə başçısının millətinin, dövlətinin keçmişini və gələcəyini düşünməsinin, vətəndaşlarını qorumasınını daima xalqının yanında olmasının və hər zaman millətinin mənafeyini üstün tutmasının göstəricisidir. Qarabağ Zəfəri isə qəhrəman, qalib ölkə kimi xalqımızın tarixinə yazıldı. Ali Baş Komandan xalqımızı qalib dövlətə çevirdi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Biz xalq olaraq hər zaman Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləmişik. Doğma Qarabağımızı, Şuşamızı bizlərə geri qaytaran, bizi bütün dünyaya qalib xalq kimi tanıdan, Zəfər çalmağımızı bizlərə bəxş edən və əsl sərkərdəlik bacarığını nümayiş etdirən Cənab Prezident İlham Əliyevə daima minnətdar olacağıq.