Prezident İlham Əliyev fəal xarici siyasət xəttini davam etdirir
AYSEL MUSTAFAYEVA
YAP Suraxanı rayon təşkilatının üzvü
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi
Müstəqil və inkişaf etməkdə olan Azərbaycan daim qonşu dövlətlərlə iqtisadi və siyasi əlaqələr qurmaqda və bu əlaqələri genişləndirməkdə davam edir. Bu tendensiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulsa da aktiv fazası 15 oktyabr 2003-cü ildən başlamışdır,
Prezident İlham Əliyev fəal xarici siyasət xəttini davam etdirir. Bir-birinin ardınca müxtəlif ölkələrə səfərlər ölkəmiz və region üçün mühüm addımlardan biridir. 19 illik Prezidentlik fəaliyyətinin hər günü ölkəmizi beynəlxalq arenada daha da böyük hörmət sahibi etmişdir.
Prezidentin ölkə rəhbərliyi dövründə Amerika, Avropa, Rusiya, Yaxın Şərq, Uzaq Şərq və Orta Asiya səfərləri Azərbaycanın müxtəlif xarakterli tarixi, mədəni əlaqələrin qorunub saxlanması, inkişaf etdirilməsi məqsədi daşıyır.
Səfərlər çərçivəsində ikitərəfli və çoxtərəfli əlaqələri yeni səviyyəyə qaldırmaq üçün bir sıra mühüm əhəmiyyətə malik sənədlər imzalanır. Həmin sənədlər əlaqələrin bundan sonrakı inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda bu səfərlər son zamanlar Böyük Qayıdış çərçivəsində dünya ölkələri ilə əməkdaşlığı da əhatə edir. Prezidenin səyləri nəticəsində beynəlxalq xarakterli iş adamlarının azad olunmuş ərazilərə gəlməsi böyük əhəmiyyət daşıyır.
İlham Əliyevin 19 illik Prezidentliyi dönəmində Azərbaycan açıq dənizlərə çıxışı olmasa da Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Bunun əyani sübutu olaraq demək olar ki, Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizinin bir hissəsi keçir. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Bu da birbaşa cənab İlham Əliyevin töhfəsidir.
Prezidentin səfərləri çərçivəsində Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Fondlar, Ticarət və Sənaye Palataları arasında saziş və memorandumlar imzalanır ki, onlar da ölkənin gələcək inkişafının parametrlərini müəyyən edir..
Son 19 ildə cənab İlham Əliyevin rəhbərliyi altında imzalanmış bütün müqavilələr və sazişlər bir daha sübut edir ki, Azərbaycan etibarlı strateji tərəfdaşdır.