Prezident İlham Əliyev bir çox təzyiqlərə məruz qalsa da, Qarabağ probleminin həllində öz siyasi iradəsindən dönmədi
Sənəm Tağızadə
Suraxanı Gənclər Evinin fəal gənci
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Azərbaycan dövləti hər zaman sülh tərəfdarı olub. Ən ağır, hətta dövlət ərazisinin müqəddəratını həll edəcək məsələləri belə qan axıtmadan, sülh yolu ilə həll etməyə çalışıb. Bəli, söhbət məhz 30 il davam edən Qarabağ münaqişəsindən gedir. Biz bu münaqişəni dinc yolla həll etməyə çalışsaq da, əfsuslar olsun ki, bir çox beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT- in Minsk qrupu vaxtı uzatmaqla Ermənistana havadarlıq edirdilər. Qarabağ münaqişəsini " donmuş münaqişələr sırsası" na daxil etməyə çalışırdılar, lakin Ulu Öndər və onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində münaqişənin həllində geriyə bir addım belə atılmadı.
Prezident İlham Əliyev bir çox dövlət başçılarının, beynəlxalq təşkilatların təzyiqinə məruz qalsa da, Qarabağ probleminin həllində öz siyasi iradəsindən dönmədi. Cənab İlham Əliyev Prezident seçiləndə II Qarabağ müharibəsinin başlanmasına qədər keçən dövrdə onun siyasətinin ana xəttində Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsi dururdu.
Prezident İlham Əliyevin beynəlxalq tribunlarda hər dəfə əgər münaqişə sülh yolu ilə olunmasa, hərb yolunun da qaçınılmaz olduğunu vurğulayırdı. Məhz belə də oldu. 2020-ci il, 27 sentyabr tarixindən başlayan 44 günlük II Qarabağ müharibəsi Azərbaycanın ali baş komandanı İlham Əliyev və rəşadətli ordumuz sayəsində qızıl hərflərlə tarixə həkk olundu. Bu elə bir tarix oldu ki, bütün dünya Azərbaycanın gücünü gördü və əsrlər boyu unudulmayacaq zəfər kitabımızın vərəqləri arasına bir tarix daha əlavə olundu.
Bu gün də Prezident İlham Əliyevin siyasətinin ana xəttində Ermənistanla sülh müqaviləsinin imzalanması , qarşılıqlı şəkildə sülh dövlət sərhədlərinin tanınması , əmin- amanlıq şəklində qonşuluq münasibətlərinin qurulması məsələsi durur. Təəssüf ki, bu gün də sülh müqaviləsinin imzalanması gecikir. Buna səbəb isə İran, Fransa kimi ölkələrin Ermənistana havadarlıq etməsidir, amma uzaqgörən Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə bu məsələnin həll olunacağına şübhə yoxdur, çünki Azərbaycanın da əsas niyyəti sülh yolu ilə dincliyi bərqərar etməkdi