Prezident İlham Əliyevin Komando hərbi hissəsinə döyüş bayrağını qürurla təqdim etdi
Nizami Ələsgərov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi
İkinci Dünya müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyat apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirildi. Xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır . Azərbaycan Respublikası Silahlı Qüvvələr günü - Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram , ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan edilmişdir.
Ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri yeni mərhələyə qədəm qoydu. Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı birdaha Azərbaycan liderinin orduya verdiyi önəmin bariz nümunəsidir .
Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Silahlı Qüvvələr gününü qeyd edir. Müzəffər Azərbaycan ordusu tarixi missiyanı şərəf və layiqli şəkildə yerinə yetirdi . Bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi yaşayır.Bu tarixi qələbə daim bizim tariximizdə olacaq. İyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərdə « İstisu» mineral su zavodunun və « İstisu» sanatoriyasının təməlini qoyması ,işğaldan azad olnmuş ərazilərdə tətbiq olunan Ağıllı kənd və Şəhər layihələrinin tətbiqi ölkəmizin qüdrətinin təcəssümüdür . Biz bütün dünyada böyük xalq kimi tanınırıq, həm ruhən , həm də peşəkarlıq cəhətdən ,vətənə məhəbbəti olan ordumuz var. Prezident İlham Əliyev öz çıxışında ordu quruculuğunun daha da sürətlə inkişaf etdirildiyini xüsusilə diqqətə çatdırdı.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman -işğal dövründə də, müharibə dövründə də, bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq . «Qarabağ Azərbaycandır!»