Prezident İlham Əliyevin gənclərə və idmançılara diqqəti hər zaman ön planda olub
İlahə Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, "Tumurcuq" körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycan Prezidenti İlham Əliyevin güləşçilərlə görüşü ölkədə idmana verilən önəmin bariz nümunələrindən biridir. Bu görüşdə dövlət başçısı idmançıları təbrik etmiş və onların zəhmətini yüksək qiymətləndirmişdir.
İlham Əliyev həmçinin bildirir ki, dövlət tərəfindən idmanın inkişafına daim diqqət göstərilir,müasir idman kompleksləri tikilir, gənclərdə idmana marağın artması üçün geniş imkanlar yaradılır.
Bu görüşdə İlham Əliyev yalnız təbrik deyil, həmçinin idman siyasətinin istiqamətlərini genişləndirməyi vurğulayıb. Belə görüşlər gənclərə çox gözəl təsir edir, idmana marağı artırır, sağlam həyat tərzinə cəlb edir.