Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı konfransın böyük əhəmiyyəti var

Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı konfransın böyük əhəmiyyəti var

Şəfəq İbişova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru

Məlum olduğu kimi, Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda böyük əhəmiyyətə malik olan  beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfransda iştirak etməsi konfransın mahiyyətinin vacibliyindən xəbər verir. Ölkə başçısı tərəfindən konfransda dünyanın tanınmış kütləvi informasiya vasitələrinin əməkdaşlarının ünvanladıqları suallara verilən cavablar dünya ictimaiyyətinə ötürülən mesajlarla dolu idi.

Orta Dəhlizin təhlükəsizlik ölçüsü və regionun iqtisadi imkanlarının müzakirə edildiyi konfransda Zəngəzur dəhlizinin əhəmiyyəti, şərq-qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq əlaqələrin genişləndirilməsi və şaxələndirilməsi kimi məsələlər geniş müzakirə edilmişdir

Konfransda dövlət başçısı tərəfindən aktual məsələlərə toxunulub. Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı suala cənab Prezidentin, "Azərbaycan-Türkiyə münasibətlərindən danışmağa başlasam, bir neçə gün də burada olmalıyıq. Bizim fikirlərimiz tamamilə aydındır. Biz qardaşıq, dostuq, biz müttəfiqik" deyə ünvanladığı bu cavab iki dövlət, tək millətin düşüncələrinin məcmusu idi.

Eyni zamanda dövlət başçımız Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını açıqlamışdır. O bildirib ki, Paşinyan Makronun Brüssel görüşündə iştirak şərtini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir. Rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında Fransanın artıq iştirakının mümkün olmadığı aydındır.

Region ölkələri ilə yaxşı əlaqələrin qurulmasının vacibdir. Molla rejiminin idarə etdiyi İranla münasibətlərə toxunan cənab İlham Əliyev qeyd edib ki, Biz Azərbaycanın və bütün dünya azərbaycanlılarının, o cümlədən İrandakı azərbaycanlıları qorumaq üçün əlimizdən gələni edəcəyik.

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda dövlətimizin başçısı İlham Əliyevin çıxışları onu göstərdi ki, Azərbaycan dövləti regionda əsas söz sahibidr və hər zaman öz xalqının maraqlarını qorumağa qadirdir.