Ölkəmizin enerji strategiyasının uğurlu nəticələri...
Afət Həsənli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 353 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçi-müəllimi
Azərbaycan Respublikasının Prezidenti müxtəlif çıxışında ölkənin enerji siyasətinin əsasının 1994-cü ildə qoyulduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, həmin ildə imzalanan Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi olub. Prezident İlham Əliyev bildirib ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən enerji siyasəti ölkənin iqtisadi inkişafına geniş imkanlar açıb.
Enerji sektorunun inkişafı minlərlə yeni iş yerinin açılmasına, əhalinin məşğulluğunun artmasına və ölkəyə xarici investisiyaların cəlb edilməsinə şərait yaratmışdır. Eyni zamanda, enerji sahəsində qazanılan təcrübə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə və dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ölkəmizə böyük investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi potensialın güclənməsinə şərait yaratdı. Bu müqavilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasınısürətləndirmiş və ölkənin beynəlxalq enerji bazarında tanınmasına şərait yaratmışdır. Eyni zamanda, müqavilə Xəzər dənizinin enerji ehtiyatlarının dünya bazarına çıxarılması üçün yeni imkanlar açmış, regionun geosiyasi əhəmiyyətini artırmışdır.
Prezident qeyd edib ki, sonrakı illərdə həyata keçirilən beynəlxalq enerji layihələri Azərbaycanın dünya enerji bazarında mövqeyini daha da möhkəmləndirib. “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP” layihələri ölkəmizin enerji strategiyasının uğurlu nəticələridir. Bu layihələr Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi tanıdıb. Dövlət başçısı vurğulayıb ki, enerji sektorundan əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə və vətəndaşların rifahının yüksəldilməsinə yönəldilib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu bildirib ki, bu gün Azərbaycan öz enerji ehtiyaclarını tam ödəyir və eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Enerji sahəsində əldə etdiyimiz uğurlar düşünülmüş siyasətin nəticəsidir.”
Prezident qeyd edib ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkəmizin enerji potensialını daha da artıracaq və gələcək inkişaf üçün yeni imkanlar yaradacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji inkişafının əsası 1994-cü ildə qoyulub. Həmin dövrdən başlayaraq həyata keçirilən uğurlu enerji siyasəti ölkənin iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.
Beləliklə, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir inkişaf tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Bu müqavilə ölkənin enerji potensialının dünya miqyasında tanınmasına, iqtisadi müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına zəmin yaratmışdır. Sonrakı illərdə həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində Azərbaycan regionun və dünyanın etibarlı enerji tərəfdaşlarından birinə çevrilmişdir.
Bu gün əldə olunan nailiyyətlər göstərir ki, uzaqgörən strategiya, zəngin təbii sərvətlərdən səmərəli istifadə və beynəlxalq əməkdaşlıq ölkənin davamlı inkişafının əsas amilləridir. Azərbaycanın enerji sahəsində qazandığı uğurlar gələcək nəsillər üçün möhkəm iqtisadi təməl formalaşdırmaqla yanaşı, ölkəmizin dünya enerji xəritəsində strateji mövqeyini daha da gücləndirir.