Öz sözünü qürurla deyə bilən gənclərimiz məhz İlham Əliyevin 20 illik fəaliyyəti dövründə yetişən gənclərimizdir
Məhəmmədəli İsmayılov
Milli Aviasiya Akademiyasının tələbəsi
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Əziz gənc dostlarım, [ncəliklə vurğulamaq istərdim ki, gənclər günü çox az dövlət tərəfindən qeyd olunur və bizim ölkəmiz də öz gəncinə yüksək dəyər verən bir ölkə olaraq biz də hər il 2 fevral Gəncləri Günü kimi qeyd edirik. Bu gün şanlı zəfər tarixində yetişən Azərbaycan gəncliyi üçün hər bir şərait yaradılmışdır. YAP-a üzv olmazdan əvvəl YAP-ın fəaliyyətlərini araşdırarkən çox maraqlı bir məqama rast gəldim. Bu məqamı sizlərlə də bölüşmək istəyirəm. Bildiyiniz kimi hal-hazırda gənclərin inkişafı üçün bir çox könüllük proqramları mövcuddur. Amma 25-30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP-da adı rəsmi olaraq könüllülük proqramları olmasa da, artıq belə istiqamətlər mövcud idi. Və bu gün hökumətdə, parlamentdə, dövlət orqanlarında yüksək vəzifələrdə çalışanlar, deputatlar, bir çox ictimai-siyasi xadimlər məhz bir vaxtlar YAP-da könüllülük proqramlarını uğurla keçmiş şəxslərdir.
Ulu Öndər Heydər Əliyev gənclər üçün nəinki bu istiqamətdə, daha bir çox uğurlu addımlar atmışdır. Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə başladı. Bu siyasətin davamı olaraq 1996-cı ildə Ulu Öndərin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan gənclərinin ilk formunun keçirilməsi qərara alındı. O illərdə Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkənin iqtisadi-siyasi vəziyyəti qənaət bəxş deyildi. Amma bütün bu çətinliklərə baxmayaraq Ulu Öndərin uzaqgörən siyasəti ilə Azərbaycanda gənclər üçün yeni imkanlar yaradıldı.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyət olaraq yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etməkdədir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Təsadüfi deyil ki, bu gün öz sözünü həm döyüş meydanında həm də, beynəlxalq aləmdə qürurla deyə bilən gənclərimiz məhz İlham Əliyevin 20 illik fəaliyyəti dövründə vətənpərvərlik ruhu ilə yetişən gənclərimizdir.
Göründüyü kimi Heydər Əliyevin təməlini qoyduğu və İlham Əliyev tərəfindən uğurla yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat, texnologiya və digər sahələrdə nəaliyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində mühüm rola malikdirlər.
Bu gün biz qalib ölkənin qalib gəncləri kimi bizə yaradılan sonsuz kəmiyyətdə və keyfiyyətdə olan imkanların fövqündə daha çox çalışmalı, daha çox oxumalı və daha çox kəşflər etməli, ölkəmizin inkişafına saysız hesabsız töhfələr verməliyik. Mən müdafiə sənayesi sahəsində, ekologiya sahəsində, enerji sahəsində, texnologiya sahəsində daha bir çox başqa sahələrdə yerli və beynəlxalq layihələrin, konfransların iştirakçısıyam və bu istiqamətlərdə uğurlar əldə etmişəm. Hesab edirəm ki, Azərbaycan gənci olaraq əldə etdiyimiz qalib xalq statusumuzu hər birimiz öz fəaliyyəti ilə daha da gücləndirməlidir.
Bunun üçün bu günkü inkişaf və sabitlik, əldə olunmuş şanlı zəfər davam etməlidir. Məhz bu səbəbdən mən ilk dəfə öz səsimi öz sözündə duraraq tarixi torpaqlarımızın qaytarılmasında ən mühüm rol oynayan Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə verəcəm. Çünki, o mənim və mənim kimi Azərbaycan gəncliyinin gələcəyinin zəmanətidir.
Əziz gənclər, gəlin YAP-ın ətrafında birləşən gənclər ordusu olaraq, gələcək Azərbaycan naminə, şəhidlərimizin əziz ruhlarına böyük ehtiramla 7 fevral 2024-cü il tarixində hamımız bir yumruq kimi birləşək ( necə ki, 44 günlük vətən müharibəsində bir yumruq kimi birləşmişdik) yenidən bir nəfər kimi cənab İlham Heydər oğlu Əliyevə səs verərək şanlı zəfərlərə davam edək.