Nəşinin qalıqları tapılan şəhidlərimizdən biri İmaməliyev Arif Ələkbər oğlu mayın 21-də dəfn olunub.

Nəşinin qalıqları tapılan şəhidlərimizdən biri İmaməliyev Arif Ələkbər oğlu mayın 21-də dəfn olunub.
Şəhidin nəşi vida mərasimi keçirilməsi üçün ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gətirildikdən sonra Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidimiz Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, Arif İmaməliyev 13 iyun 1960-cı ildə Bakı şəhərində Bayıl qəsəbəsində anadan olub. 1979-1981- ci illərdə Əfqanıstanda gedən döyüşlərdə iştirak edib.
1992-ci ildə ölkəmizin azadlığı uğrunda Ağdam, Laçın, Çıldıran, Tovuz və digər kəndlərdə gedən döyüşlərdə fəal iştirak edib.
Laçında qəlpə yarası alan Arif Bakıya göndərilir, lakin o, yarası sağalmadan geri cəbhəyə qayıdır. Tovuzda gedən döyüşlər zamanı erməni kəndinə daxil olaraq tək başına erməni vandallarını məhv edir və 12 ədəd silahlarını alıb geri hərbi hissəyə dönür.
O, 1994-cü il fevralın 15-də Kəlbəcər rayonundakı Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdü.