Nüfuzlu siyasi liderə yaranmış ehtiyac

Nüfuzlu siyasi liderə yaranmış ehtiyac
Şahvələd Əhmədov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi
1982-ci ildə Heydər Əliyev SSRİ-nin paytaxtı Moskvaya getdi. Yüksək vəzifəyə SSRİ Nazirlər Sovetinin birinci müavini təyin olundu. Ölkə daxilində iqtisadi və siyasi sahədə problemlər yaşandı. 1987-ci ildə baş katib Mixayıl Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq vəzifəsindən istefa verdi.
İstefadan iki həftə sonra, erməni millətçiləri sovet iqtidarında olan qurdlarla birləşib DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə əlaqədar məsələ qaldırmışlar. O gündən xalqımızın faciəsi başlamışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanda olsaydı erməni millətciləri çirkin əməllərini həyata keçirə bilməzdilər. Erməni quldurları ilə yanaşı daxildə AXC Musavat İqtidarı ölkədə böhranlı vəziyyət yaratdı. Belə bir qarışıqlıq dövründə ölkənin müxtəlif ərazilərində dövlətə qarşı 1993-cü ildə qiyamlar baş verdi. Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Azərbaycan bir dövlət kimi məhv olmaq üzrə idi.
Dövlət idarəçiliyinə hec bir təcrübəsi olmayan adamların vəzifəyə gətirilməsi suverenliyimizə zərbə idi. Xarici siyasətdə qonşu dövlətlərlə münasibətlər pozulmuşdu. Azərbaycan qonşu ölkələrlə təcrid olunmuş vəziyyət idi. Vəzirov, Mütəllimov, AXC-Musavat rejimi Heydər Əliyevə olan münasibətlərinə dözməyərək Heydər Əliyevın hakimiyyətə gəlməsinə əngəl oldular. Bütün bunların nəticəsində 1993-cü ildə respublikamızın bütün sahələrində böhran baş verdi, ehtiyat fondun AXC-nin hakimiyyətinin ilk aylarında satılmışdır. AXC Musavat hakimiyyəti dövründə Prezident Ali Baş komandan olduğunu unutmuşdur, nazirlərin fəaliyyətinə nəzarət edə bilmirdi. Ölkənin ağır vəziyyəti torpaqlarımızın itirəlməsinə səbəb oldu.
1993-cü ildə aprel ayında Kəlbəcər işğal olundu. Nəhayət AXC Musavat cütlüyü düşdükləri vəziyyəti dərk edib Heydər Əliyevdən imdad istədilər. Ermənistanın təcavüzü ölkəni zəiflətdi, bir yandan 1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr özləri hakimiyyətdən getdilər. 1993-cü il iyunun 15 Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldi. Yenidən hakimiyyətə gələn Heydər Əliyev xalqımız üçün çox işlər gördü. İlk növbədə həyatını təhlükəyə ataraq 1993-cü ildə Gəncəyə gedərək qardaş qırğınının qarşısını aldı. Xalq artıq başa düşdü ki, ölkənin və xalqın ümüd yeri yalnız Heydər Əliyevdir.
Xalqımız Heydər Əliyevin ətrafında birləşərək öz gələcək taleyini həll etməyə başladı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazılmış qurtuluş günüdür. 15 iyun həm də Azərbaycanın tənəzzüldən çıxıb tərəqqiyə getdiyi bir gündür. Heydər Əliyev elə unudulmaz şəxsiyyətdir ki, nəinki, yaşadığı dövrdə, həm də gələcəkdə görüləcək işlərin planını cızdı. Misal olaraq 1994-cü 20 sentyabr Əsrin müqaviləsini, Qarabağın geri qaytarılması haqda vəziyyətini göstərmək olar. 1992-ci ildə Naxcıvanda Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin partiyaya sədr seçilməsi azərbaycanda siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara qarşı müxalifət kimi yaranmışdır. Heydər Əliyevin adı tariximizə vətənin və xalqın xilaskarı kimi yazıldı.
Heydər Əliyevin adı tariximizdə müstəqiliyimizin memarı, yeni Azərbaycanımızın banisi kimi yazıldı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqiliyini qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.