Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır
Aytac Cabbarova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Novruz bayramı bəşəriyyətin mənəvi dəyəridir! Bayramlar içində bir bayram var ki, Azərbaycan xalqı vətəndaşlarının ən əziz, doğma, sevimli, rəngarəngliyi il sevilən Novruz bayramı! Uzun illər talehinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramızdır. Bugün Ulu Öndər Heydər Əliyevin nəsihəti olan azad olunmuş torpaqlarda Şuşada, Laçında, Kəlbəcərdə və digər yerlərdə Novruz bayramının təntənə ilə qeyd olunması bizlərə qürur hissi yaşadır. Qışın bitməsiylə yazın gəlişini, təbiətin oyanışını və canlıların bitkilərlə ahəngini qeyd etdiyimiz Novruz bayramı qədim tarixə və mədəniyyətə əsaslanır. Novruz bayramı təkcə el bayramı kimi deyil, həmçinin rəsmi bayram kimi qeyd olunur. Ulu Öndər H.Əliyev hər il qədim, milli bayramımız Novruzda əhali ilə bayramlaşmağa çıxar, sevinc hissi ilə bayramı qeyd edərdik.
Prezident İlham Əliyevin əhali ilə bayramlaşması, şənliklərə qatılması kimi ənənələr bunu bir daha sübut edir. Prezindent İlham Əliyev Novruz bayramının gələcəyə inam hiss verdiyini, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırdığını xüsusilə vurğulamışdır. Prezidentimiz Vətən uğrunda şəhid olmuş qəhrəman övladların xatirəsini ehtiramla yad edərək Allahdan rəhmət və yaxınlarına səbir diləmişdir. Həmçinin dünya ölkərini səmimi qəlbdən təbrik etmiş, xoş diləklərini arzu etmişdir. Novruz qabağı dörd ilaxır çərşənbə şənliklərinin qeyd olunması al-əlvanlığı ilə seçilir. Bu şənliklərin keçirilməsi tarixə su çərşənbəsi ilə qədəmini qoymuşdur. Deyirlər ki, Tanrı ilk suyu yaratdığından ilk çərşənbə kimi qeyd edilir və bayrama hazırlıq başlayır. Su insana sağlamlıq, xoşbəxtlik, paklıq, məsumluq və hüzur hissi yaşadır, bu səbəbdən sevimli çərşənbəmizdir. Od içimizi isidən bizə rahatlıq bəxş edən çərşənbəmizdir. Qədim zamanlardan çərşənbələr haqqında bir çox fikirlər söylənilmişdir. Od çərşənbəsi ilə bağlı üzərinə su tökülməsinin uğursuzluq gətirdiyinə və həmin ilin eyni şəkildə davam edəcəyinə inanılır. Yel çərşənbəsi bizə külək çərşənbəsi kimi məlumdur. Bu çərşənbədə niyyətin qəbul olması üçün söyüd ağacının altından keçmək, çərpələng uçurtmaq qədim adətlərimizdəndir. Novruz bayramının ən təntənəli şənlikləri torpaq çərşənbəsində keçirilir. Bu çərşənbə yazın gəlməsinə az qaldığından xəbər verir. Son çərşənbəyə həftələrlə hazırlıq işləri görülür.
Əvvəlcədən tonqal üçün odun yığıb, kosa-keçəl və bahar qızı geyimlərini hazırlayardıq. Hər məhəllədə tonqal qalayıb üstündən tullanaraq uğursuzluqların orda qalacağına inanırlar. Tonqal ətrafında yığışıb, bayrama bişirdiyimiz paxlava, şəkərbura ilə çay içib, mahnı oxuyub xoş hadisələrdən danışırıq və günümüzü əyləncə ilə keçirdirik. Axır çərşənbədə papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yumurta döyüşdürmək kimi adətlərimiz qədim zamandan bu günə kimi bizlərə çatmışdır.
Bu adət-ənənələri qorumaq və yaşatmaq hər birimizin üzərinə düşən böyük məsuliyyətdir.