Novruz həmrəylik, eləcə də dostluq bayramıdır
Samirə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini
Suraxanı Rayon Göyərçin körpələr evi və uşaq bağçasının müdiri
Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “ Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu inamlı sözlər hər bir Azərbaycan vətəndaşında ümid yaradırdı. Və ümidlərimiz boşa çıxmadı. Biz buna nail olduq.
Novruz həmrəylik, eləcə də dostluq bayramıdır. Xalqımızın adət ənənələrinə əsasən bayramda küsülülər barışır, bayram süfrəsi açılır. Novruzun gəlişi həmçinin baharın gəlişindən də xəbər verir. Bununla əlaqəli olaraq təmizlik, əkin-biçin işləri görülür.
Ali Baş Komandanmız, Prezidentimiz İlham Əliyev icazə vermədi Ulu öndərimizin inamı boşuna qalsın. Ali Baş Komandanmız sayəsində bu gün biz işğal olunmuş bölgələri azad edərək orada bayram keçirə bilirik. Prezidentimizin dediyi kimi artıq qazandığımız zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir. Çünki qan tökdükləri amala artıq bu gün ölkəmiz nail olmuşdur. Ən önəmli hadisələrdən biri isə Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramımın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezetativ siyahısına daxil olmasıdır.
Əlbəttə Novruz bayramı yalnız bizim deyil, bütün bəşəriyyətin mənəvi dəyəri olaraq Azərbaycandan başqa Şərq ölkələrində də qeyd edilir. Novruz bayramı nominasiyasına qoşulanların sayının artması Azərbaycanı dəstəkləyənlərin sayının artması deməkdir. Bu, isə bizim üçün qürurvericidir.
Novruz həmçinin birindən maraqlı, müxtəlif adətləri ilə diqqəti cəlb edir. Məsələn səməni becərmək, tonqaldan tullanmaq, papaq atmaq, qulaq falı və s. Novruz bayramını ölkəmizin zəngin folkloru, keçmişə dayanan tarixindən xəbər verir. Kosa və Keçəl isə bayramın əvəzolunmaz obrazlarıdır. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Bu obrazlarla məzəli, maraqlı tamaşalar təşkil edilir. Bütün ölkəni bürüyən bayram ab-havası nəinki bizdə həmçinin ölkəmizə gələn turistlərdə də yüksək əhval-ruhiyyə yaradır.