Novruz  Bayramı Yuneskonun qeyri-maddi  mədəni  irs  siyahısına  daxil  edilmişdir

Novruz  Bayramı Yuneskonun qeyri-maddi  mədəni  irs  siyahısına  daxil  edilmişdir

Səidə İmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri

Novruz  bayramı  Şomal yarımkürəsində  astronomik yayın  başlandığı,  gece-gündüzün  bərabərliyi  günündə  keçirilir. Bir  sıra  xalqlar  yay  fəslinin  gəlməsini  təbiətin  canlanması  ilə  bağlanmış,  bu   münasibətlə  şənliklər  keçirilmiş,  onu  yeni  ilin  başlanğıçı  kimi  bayram etmişlər. Qədim  zamanlardan  başlayaraq  Azərbaycan,  İran, İraq, Əfqanıstan, Tacikistan, Özbəkistan   və bir  çox  Şərq  ölkələrində   baharın-yeni  ilin  gəlişini  şənliklə  qarşılayırlar. Martın  21-də İran  və  Əfqanıstanda   rəsmi  təqvimin  ilk  günü  sayılır. Novruz dostluq, həmrəylik, yüksək  mənəviyyat  bayramdır.   

2009-cu  il  sentyabr   ayının  30-da  Novruz  Bayramı Yuneskonun qeyri-maddi  mədəni  irs  siyahısına  daxil  edilmiş, 23  fevral  2010-cu  ildə  isə  BMT-nin Baş  Assambleyasında  64-cü  sesyada  iclasda  Mart  ayının 21-i  “Beynəlxalq  Novruz  Günü” elan  edilmişdir.

Novruz  bayramını hər  il böyük  el  bayramı  kimi,  hər  bir  insanın  şəxsi  bayramı  kimi  qeyd  edirik.  Bu  ali  məqsədləri, ali  fikirləri, ulu  babalarımız  bizə  nəsihət  ediblər. Bu bayram  yaranandan  onun  xüsusiyyətləri insanları  həmişə  dostluğa,həmrəliyə,qarşılıqlı  anlaşmaya dəvət  ediblər.

Ulu  Öndər  Heydər  Əliyev  21  mart  2000-ci  il  tarixində  xalqımızın  müqəddəs  bayramı  olan Novruz  bayramında  etdiyi  unudulmaz  çıxışında  demişdi: “Novruz  bayramı bizim  hamımıza  nikbinlik  verir,hamımızda  nikbin  əhval-ruhiyyə yaradır. Mən  sizi əmin  edirəm  ki, bizim   bu  nikbinliyə haqqımız  var. Apardığımız iqtisadi  siyasi, daxili  və  xarici  siyasət Azərbaycanın  həyatını  gündən-günə yaxşılaşdıraca, Azərbaycan  yüksələcək və  respublikamızda  hər  bir  vətəndaş  öz  hüquqndan istifadə  edib  rahat  yaşayacaq.”

1996-cı  il  21  mart  Ulu   öndər  Heydər  Əliyev  Bakının  Gənclər   meydanında  -Qoşa   qala  qapısında Novruz  şənliyində  çıxış  etmişdi. O söyləmişdi ki,biz  torpaqlarımızın  azadlığını , ərazi  bütövlüyünü, təmin edəcəyik, müstəqil  Azərbaycanın  hüdudlarını   bərpa  edəcəyini  söyləmişdi.

20  mart  2021-ci il  tarixində   Ulu  Öndərin  layiqli  davamcısı ,Azərbaycan  Respublikasının  Prezidenti  , Ali  Baş komandan  İlham  Əliyev  II Qarabağ  müharibəsinin   şanlı  zəfərindən sonra  ilk  dəfə  Qarabağda, mədəniyyət  beşiyimiz  olan Şuşa  şəhərində ,Cıdır  düzündə   Novruz  alovunu  yandıranda   söyləmişdiki  , biz  bu  günü  çox  gğzlədik. Hər  il  hər  birimiz, xüsusilədə  keçmiş  məcburi  köckünlər  hər  dəfə  bayram  ərəfəsində, bayram  günlərində  deyirdilər ki,  inşallah  gələn  il  azad  edilmiş torpaqlarda  qeyd  edərik. Artıq  bu  arzularımız  həyata  kecdi, bir  reallığa  cevrildi. Şadam  ki, Novruz  bayramını  biz    burda  doğma   Qarabağda   qeyd   edirik.