Novruz bayramı milli varlığımızın bir parçasıdır
Məshəti Sadiqli
YAP Suraxanı rayon təşkilatının ƏPT- nın sədr müavini
Suraxanı rayonu, 203 saylı körpələr evi uşaq bağçasının müdir əvəzi
Novruz bayramının tarixi çox qədimdir. Alimlər bu bayramı Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlayırlar. Novruz bayramı yeni ilin başlanğıcı kimi qeyd olunan xalq bayramımızdır. Qədim dövrlərdə bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmişlər.
Təbiətin oyanması Novruzdan başlanır.Azərbaycan xalqı bu bayramı təntənəli şəkildə qeyd edir. Xalq yeni ilin, yeni günün gəlişinə 4 həftə öncədən hazırlıq görürlər. Novruz bayramı sovet dövründə qeyri-rəsmi qeyd olunurdu.Sovet höküməti buna icazə vermirdilər, insanları təqib edirdilər. Lakin, bütün bu qadağalara baxmayaraq xalq öz adət-ənənəsinə sadiq qalaraq, bayramı qeyd edirdilər.
Dahi siyasətçi Heydər Əliyev bütün varlığı, ruhu ilə hər zaman doğma xalqına, onun milli adət-ənənələrinə bağlı olan şəxsiyyət idi.Yazın gəlişi, təbiətin oyanması, insanlar arasında bərabərliyin olması onda hər zaman Novruz bayramına xüsusi sevgisini daha da artırırdı. Hər il Azərbaycanda qeyd olunan Novruz şənliklərində xalqla birgə olmuş, şənliklərdə sadə insan olaraq iştirak etmişdir.
Heydər Əliyev doğma xalqını sonsuz məhəbbətlə sevirdi. O, vətənini, dövlətini daha qüdrətli, güclü dövlət kimi görmək istəyirdi. Heydər Əliyevin davamçısı olan Prezidentimiz cənab İlham Əliyev də onun izindən gedərək hər zaman sadə, zəhmətkeş xalqın yanında olmuşdur. 2020-ci il tarixi qələbəmizdən sonra Azərbaycan artıq regionun ən qüdrətli dövlətidir.
İlham Əliyev də Novruz bayramını milli varlığımızın bir parçası kimi sayır və Novruz ənənələrinə hörmətlə yanaşmalı olduğumuzu daima vurğulayır. Tarixi zəfərimizdən sonra cənab İlham Əliyev Novruz bayramını Qarabağ diyarında qeyd edir. 2021-ci il Novruz bayramı Şuşada, Cıdır düzündə qeyd olundu. Bu bir tarixi hadisə idi. 28 ildən sonra xalq öz torpaqlarında Novruz bayramını qeyd etdi.
Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Türkiyədə, Pakistanda, Özbəkistanda və digər İslam ölkələrində təntənəli şəkildə qeyd olunur. Novruz, UNESCO tərəfindən 2009-cu ildə İntangible Cultural Heritage of Humanity siyahısına daxil edilmişdir.
Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın mədəni irsinin qorunmasına və Novruz bayramının dünya əhalisi tərəfindən tanınmasında fəal şəkildə məşğul olmuşlar. Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı da UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Novruz, insanları bir araya gətirərək, mədəni dəyərləri paylaşmağa və bir-birilərinə hörmət etməyi təbliğ edən bir bayramdır.
Novruz Bayramınız Mübarək!