"Neftçilərimiz Dövlət Suverenliyimizin keşiyindədirlər"" adlı tədbir keçirilib

"Neftçilərimiz Dövlət Suverenliyimizin keşiyindədirlər"" adlı tədbir keçirilib

19 sentyabr tarixində SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr- Dövlət Suverenliyi Gününə” həsr olunmuş "Neftçilərimiz Dövlət Suverenliyimizin keşiyindədirlər"" adlı tədbir keçirilib. Tədbirdə SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəis müavini Piri Quluzadə,  YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəis müavini Piri Quluzadə geniş nitq ilə çıxış etmişdir. Piri Quluzadə  bildirmişdir ki, ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda, ümumilikdə, regionun iqtisadiyyatına, xüsusi ilə neft sənayesinin tərəqqisinə öz mühüm və əvəzsiz töhfəsini verir.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək qeyd etmişdir ki, neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və suverenliyin iqtisadi əsaslarının formalaşmasında  neftçilərin əməyi müstəsnadır.

Çıxış edən digər natiqlər də vurğulamışdırlar ki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Neftçilər isə hər zaman Dövlət Suverenliyinin keşiyindədirlər.