Naxçıvanda aparılan demokratik dəyişikliklər Bakıda mərkəzi hakimiyyət orqanları üçün nümunə olmuşdur
Leyla Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin direktoru
XX əsrin 80 ci illərin sonlarında başlayan Ermənistanın Azərbaycana ərazi iddiası artan gərginliklə inkişaf edərək qanlı toqquşmalara gətirib çıxardı. Sovet rəhbərliyinin bu məsələyə birtərəfli yanaşması, və o dövrün Azərbaycan rəhbərliyinin apardığı yarıtmaz siyasəti və səriştəsizliyi Azərbaycanın mövqeyini xeyli zəiflətmişdi. Buna baxmayaraq Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəni daha da gücləndirmişdi. Xalqın tələbi ilə 1989 cu ilin 23 sentyabrında Azərbaycanın Ali Soveti "Azərbaycanın Suverenliyi haqqında" Konstitusiya qanunu qəbul etdi. Bu müstəqillik yolunda atılmış ilk uğurlu addım oldu. 1990-cu ilin Qanlı Yanvar faciəsi artıq Azərbaycanın SSRİ və onun rəhbərbərliyinə tam olaraq inamını itirdi. Müstəqillik meyilləri daha da gücləndi.
Bu zaman 1990 ildə vətənə qayıtmış Heydər Əliyev Azərbaycanın belə bir çətin günlərində Naxçıvan MSSR-in və Azərbaycanın Ali Sovetinə deputat seçilməsindən sonra və Azərbaycanın müstəqilliyinə yönəlmiş çıxışları və fəaliyyəti mübarizəyə güclü təkan verdi.
Ulu öndər heydər Əliyevin təşəbbüsü ilə hələ 1990-cı ilin 17 noyabrında Naxçıvanın Ali Soveti müstəqilliyin əsas atributlarından biri kimi tarixdə 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan MR dövlət bayrağı elan edilməsi haqqında qərar qəbul etmişdir. Bu hadisə böyük qürur verici addım idi. Heydər Əliyev Azərbaycanın müstəqilliyi yolunda dövlət səviyyəsində ilk ciddi addımların atılmasına nail olmuşdur. Onun təklifi ilə Azərbaycan hakimiyyətinə də yeni dövlət atributları, bayraq, himn və gerb məsələlərinə baxılması müraciət edilmişdir.
Eyni zamanda Naxçıvan MSSR in adından "sovet" və " sosialist" sözlərinin çıxarılması o dövr üçün böyük və cəsarətli siyasi addım idi. Danılmaz faktdır ki, Naxçıvanda aparılan demokratik dəyişikliklər Bakıda, mərkəzi hakimiyyət orqanları üçün nümunə olmuşdur. 1991-ci ilin 5 fevralında Ali Sovetin açılış sessiyasında Heydər Əliyevin çıxışı xalqı daha da ruhlandırmışdı. Elə həmin sessiyada Azərbaycan dövlətinin adı dəyişdirilərək Azərbaycan Respublikası elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul təsdiq olundu. Məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı, siyasi fəaliyyəti müstəqillik yolunda qəti qərarların qəbul olunması labüd etdi. Naxçıvan Muxtar Respublikası həmin dövrdə - 1991 - 1993 illərdə. Azərbaycanın dövlət müstəqilliyi üçün bir məktəbə çevrilmişdi.
Baş verən hadisələr, ermənilərin Qarabağda törətdikləri vəhşiliklər Azərbaycan rəhbərliyini daha ciddi və sərt addımlar atmağı məcbur edirdi. Lakin həmin sonralar Azərbaycanın ilk prezidenti seçilmiş Mütəllibov yaranmış tarixi şəraiti düzgün dəyərləndirə bilmədi. Hakim dairələr daha çox mərkəzi hakimiyyətin tələblərini yerinə yetirməyə çalışır xalqın artan mübarizəsini boğmağa çalışırdılar. Ulu öndər Heydər Əliyevin siyasi müstəqilliyə yönəlmiş fəaliyyətinə hər yolla mane olmağa çalışır və onu ittiham etməkdən belə çəkinmirdilər. Lakin bütün bunlar Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda ardıcıl olaraq atdığı düşünülmüş addımlara mane ola bilmədilər. 1991-ci ilin iyulunda Heydər Əliyevin Kommunist Partiyasından çıxması, avqustunda isə Naxçıvan Muxtar Respublikası ərazisində bu partiyanın fəaliyyətinin dayandırılması xalq razılıqla qarşıladı.
1991 ci ilin 30 avqustunda xalqın tələbi ilə çağırılmış Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Ulu Öndər çıxış edərək Azərbaycanın müstəqilliyinin elan olunmasını təklif etmişdir. Bunun əsasında sesiyada " Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” qərar qəbul olundu.