"Naxçıvan dövrü" Azərbaycanı və azərbaycanlıları azadlığa, müstəqilliyə aparan bir işıqlı, parlaq yol oldu
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda, həmçinin Azərbaycanın tərkib hissəsi olan Naxçıvanda ictimai_siyasi vəziyyət son dərəcə ağırlaşmış, ölkədə bir sıra siyasi qruplaşmalar fəaliyyət göstərirdi Ölkədə xaos, durğunluq baş alıb gedirdi.
1982-87 ci İllərdə Moskvada SSRİ nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev, o vaxtki SSRİ rəhbərliyinin iki üzlü siyasətinə, Azərbaycan xalqına qarşı qərəzli mövqeyinə və törətdiyi cinayətlərə qarşı qəti etiraz bildirərək öz vəzifəsindən imtina edir və 1990-cı ilin iyulunda Bakıya donür və sonra Naxçıvanda yaşamağa üstünlük verir Naxçıvan Ali Sovetin sədri seçilən Heydər Əliyev həm ölkə daxili gərgin proseslərin, həmdə ermənilərin əsassız torpaq iddiasının qarşısını almaq üçün mühüm qərarlar qəbul edir.
Ulu öndər 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verilməsini həyata keçirir ermənilərin Sədərəkdə törətdikləri qətliamı dünya ictimaiyyətinə çatdırmaq üçün qardaş Türkiyə ilə danışıqlar aparır və Türkiyə hökuməti bəyənnamə qəbul edib dünya ictimaiyyətinə çatdırır müstəqillik yolunu əsas tutaraq Naxçıvanın adından "Sovet Sosialist" sözlərini çıxardır. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişərək Naxçıvan Ali Məclisi adlandırıldı.
Ümummilli liderin təşəbbüsü ilə AXC-nin üç rəngli bayrağını Naxçıvan MR-nın rəsmi dövlət bayrağı kimi qəbul olundu. Ulu öndər çox çətin, mürəkkəb bir dövrdə xalq naminə cəsarətli addımlar atdı Dünya azərbaycanlılarının birliyinə nail olmaq üçün Naxçıvandakı fəaliyyəti dövründə 31 dekabrı beynəlxalq həmrəylik günü elan etdi
Naxçıvan MRsı blokada şəraitində idi və bu da xalqın güzəranını mənfi təsir edirdi Xalqın rifahını yaxşılaşdırmaq üçü Ülu öndər qonşu dövlətlərə işgüzar səfər etdi. Türkiyə ilə Naxçıvan sərhəddində,, Ümid,, yəni Sədərək körpüsü salındı Bu körpü Naxçıvan əhalisi üçün böyük əhəmiyyət kəsb edirdi İrandan Naxçıvana elektrik enerjisi alınmağa başlandı Böyük Liderin atdığı önəmli addımlar Muxtar respublikanın xilası oldu.
Böyük Lider deyirdi: "Bizim gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir." Ümummilli liderin Naxçıvandakı fəaliyyəti dövründə nüfuzlu təşkilat olan Yeni Azərbaycan partiyası yaradıldı. Siyasi islahatlara, ordu quruculuğuna start verildi. Bir sözlə "Naxçıvan dövrü" Azərbaycanı və azərbaycanlıları azadlığa, müstəqilliyə aparan bir işıqlı, parlaq yol oldu. Böyük Lider öz xalqının, vətəninin böyük xilaskarı təəssübkeşi olub Ulu öndərin bütün fəaliyyət dövrü Azərbaycan tarixinə qızıl, parlaq dövr kimi düşüb.