Mətbuat - millətin gücü, dili və güzgüsüdür

Mətbuat - millətin gücü, dili və güzgüsüdür

Səmiyyə Bədəlova

YAP Suraxanı rayon təşkilatının fəal gənci

İnsan cəmiyyətdə formalaşdığı andan etibarən məlumat almağa, informasiya öyrənməyə ehtiyac duymuşdur. Buna görə də əsrlər boyu mətbuat önəmli amil kimi qəbul edilib və ediləcək. Çünki müasir qloballaşma dövründə kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri böyükdür. Hətta ölkələr arasındakı iqtisadi, siyasi, işgüzar-diplomatik münasibətlər qurulmamışdan əvvəl informasiya mübadiləsi həyata keçirilir.

Əbəs yerə deyilməyib ki, Mətbuat cəmiyyətin aynasıdır. Vəzifəsi isə cəmiyyəti maraqlandıran informasiyalarla qanunvericiliyə zidd olmayan şəkildə məlumatlandırmaqdır. Ölkəmizin də mətuabat tarixi olduqca qürurludur. Əsası 1875-ci il 22 iyul tarixində, banisi görkəmli mütəfəkkir, publist-alim Həsən bəy Zərdabi olan “Əkinçi” qəzeti  xalqımız üçün yeni bir başlanğıc hesab olunur. Qəzetin əsas hədəfi maarifçilik idi. ”Əkinçi” qəzeti milli oyanış mərhələsinin ilk müjdəçisidir. Qəzetin bütün təbəqələr arasında məşhurlaşmasının səbəbi və eyni zamanda ən böyük uğuru xalq dilinə yaxın, anlaşıqlı, sadə, səlis olması idi.

Qəzet mütərəqqi ideyaların daşıyıçısıdır. Elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət sahələrinin inkişafı, yeni məktəblərin yaradılması üçün müxtəlif materiallar dərc etmişdir. Həmçinin qadınların azadlığı və təhsil alması barəsində də fikirlər irəli sürmüşdür. Dövrün görkəmli ziyalı-alimləri olan Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə kimi incilərin məqalələri də qəzetdə öz əksini tapmışdır. Yarandığı andan etibarən təqiblərə məruz qalan mətbuatımız ötən əsrdə əldə etdiyimiz müstəqillikdən sonra təqiblərdən xilas oldu.

Müstəqilliyimizin bərpasından sonra bir sıra sahələrdə çevriliş olduğu kimi mətbuatımızda da bu çevriliş baş vermişdir. Ölkəmizin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev daim mətbuatla bağlı müsbət fikirlər söyləmiş, onun inkişafı üçün mühüm işlər mühum işlər görmüşdür. Mətbuat - millətin gücü, dili və güzgüsüdür. Ulu Öndər mətbuatın gücünü daim yüksək qiymətləndirib. Buna görə də, kütləvi informasiya vasitələrinin maddi - texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmişdir.

Ulu Öndərin də dediyi kimi “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. ”Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik. Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir.” Ulu Öndər mətbuatla bağlı fərmanlar, kütləvi informasiya vasitələri ilə bağlı qanun qəbul etmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuatın inkişafına göstərilən diqqət, qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  İlham Əliyev: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərib, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycanı mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

Vətən müharibəsi dövründə də, media və mətbuatın rolu çox böyük idi. Həmin ərəfələrdə İlham Əliyev həm yerli, həm də xarici jurnalistlərdən iştirakı ilə bir çox press konfranslar keçirmişdir. Konfransda iştirak edən jurnalistlər heç kimdən çəkinmədən cənab İlham Əliyevə suallar ünvanlamışdılar. Bəzən İlham Əliyev xarici jurnalistlərin qərəzli fikirlərini dinləyib, öz qətiyyətli cavabları ilə onları susdururdu.